“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mağaza sahibini torpaq mübahisəsinə görə öldürmüşdü - Ali Məhkəmə qərar verdi

Tarix 14.09.25, 21:36

Font ölçüsü : - / +
bitmap-img6


Şirvanda mağaza sahibini qətlə yetirməkdə ittiham olunan 53 yaşlı Elşən İslamovun cinayət işi üzrə Ali Məhkəmə qərar çıxarıb.

Musavat.com xəbər verir ki, E.İslamov həmyerlisi, 1963-cü il təvəllüdlü Yavər Bağırovu bıçaqla qətlə yetirib.

Məlumata görə, təqsirləndirilən Elşən 2019-cu ildə “Anar” mağazasının yaxınlığında yerləşən torpaq sahəsinə ağac əkib, abadlaşdırıb. Lakin mağaza sahibi həmin torpaq sahəsinin ona məxsus olduğunu deyib. Sonra Elşən Yavərdən əraziyə çəkdiyi xərci tələb edib və torpaqdan əl çəkəcəyini bildirib. Buna görə dəfələrlə tərəflər arasında mübahisələr yaranıb. Sonuncu mübahisədən sonra Elşən içki içdikdən sonra Yavərə bıçaqla xəsarət yetirərək onun ölümünə səbəb olub.

E.İslamovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsi onun əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edərək 10 il 6 ay cəza təyin edib. Bununla Elşənin cəzası yüngülləşdirilib. 

Hökmdən dövlət ittihamçısı və mərhumun ailəsi narazı qalıb. Apellyasiya şikayəti ilə Elşənin cəzası ağırlaşdırılıb. Ona xuliqanlıq niyyəti ilə adam öldürmə ittihamı ilə 17 il cəza verilib.

Bu hökmdən isə Elşən İslamov narazı qalaraq Ali Məhkəməyə müraciət edib. O, əməlinin qəsdən adam öldürmə maddəsinə tövsüf edilməsini istəyib. Onun şikayəti təmin edilməyib.

 



Xəbərin oxunma sayı : 1015




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap