Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Maaş və pensiyalar artırılacaq? - AÇIQLAMA

Tarix 08.07.24, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət sektorunda əmək haqqı dövlət büdcəsi hesabına maliyyələşdirilir, artırılır. Özəl sektorda təbii ki, əməkhaqqı artımları birbaşa özəl sahibkarların verdikləri qərarlardır.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, artıq son məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı noyabrın 1-dək təkliflərin hazırlanması həyata keçiriləcək.

bitmap-img6

"Noyabrın 1-də təqdim olunduqdan sonra məhz bu istiqamətdə addımların atılacağı gözlənir. Ona görə də artıq uyğun dövlət qurumu minimum əməkhaqqı ilə bağlı təkliflərin hazırlanacağını və təqdim olunacağını bəyan edib. Bu isə ona xəbər verir ki, təkliflər hazırlanıb təqdim olunduqdan sonra minimum əməkhaqqının artırılması reallaşa bilər.

Pensiyalar daha çox indeksləşdirilmə və eləcə də 2022-ci ildən Prezident İlham Əliyevin tapşırığı ilə pensiyaçılara yardım verilməsi ilə artırılır. İndeksasiya 2025-ci ilin yanvarın 1-dən etibarən təqdim olunacaq. Bu zaman 2024-cü ildə orta aylıq əməkhaqqındakı artım faizini uyğun olaraq pensiyaların indeksiləşdirilib artırılacağı gözlənilir. Yaxın vaxtlar üçün təxmini orta indeksiləşdirilmə faizini məyənləşdirmək mümkün olacaq. Çünki 2024-cü ilin ilk yarım ilinin sosial yekunları növbət ildə yanvarın 1-i üçün indeksiləşdirilmə faizini ilk gün olaraq proqnozlaşdırmaq imkanı verəcək.

Müavinətlərin artırılması ilə bağlı da təkliflərdə Milli Məclisin iclaslarında təqdim olunub. Bu da birbaşa fiskal və maliyyə yükünə bağlıdır", - deyə V.Bayramov bildirib. (trend)



Xəbərin oxunma sayı : 1495




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap