Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək- Bu tarixdə

Tarix 16.05.19, 19:37

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək bakalavrlara müraciət edib.

AzFakt.com DİM-ə istinadən bildirir ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar (68, 69 və 70 nömrəli qəbul proqramlarını seçənlər istisna olmaqla) “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

DİM-dən onu da bildiriblər ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.



Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap