Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Mahir “Legiya“dan ayrılır - Vəkillərə üz tutdu

Tarix 14.12.21, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


"Visla Plotsk"la oyundan sonra polşalı azarkeşlərin hücumuna məruz qalan Mahir Emreli "Legiya"dan ayrılmağa qərar verib.

Fanat.Az xəbər verir ki, bu iddia ilə Polşanın "Sportfakty" saytı iddia ilə çıxış edib. 

Azərbaycan millisinin 24 yaşlı hücumçusu müqaviləsinin mümkünlüyünü aydınlaşdırmaq üçün vəkillərlə əlaqə də saxlayıb: "Məlum hücumdan sonra bir neçə futbolçu müqaviləyə xitam vermək istəyir. Onlardan biri artıq bu yöndə addım atıb. Mahir Emreli xuliqanların hücumundan sonra müqaviləsini pozmaq barədə ciddi düşünür. Əldə etdiyimiz məlumata görə, Emreli hadisədən sonra məhkəmə-tibbi ekspertiza üçün xəstəxanaya gedib. Həkim futbolçuya iki günlük istirahət tövsiyə edib ki, bu da onun çərşənbə günü "Zaqlembe" ilə oyunda meydana çıxmayacağı anlamına gəlir.

Müəyyən şərtlər daxilində klubun günahı ucbatından müqaviləyə xitam vermək mümkündür. Emreli ayrılmaq şansının nə qədər olduğunu öyrənmək üçün bu iş üzrə vəkillərlə əlaqə saxlayıb. Yaxın günlərdə bu haqda məlumat verəcəyik".

Qeyd edək ki, fanatlar "Visla" ilə görüşdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyosla birlikdə xəsarət alıb.



Xəbərin oxunma sayı : 724




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap