Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Mahir Quliyevlə Yaşar Əzimovun Biləsuvarda korrupsiya ortaqlığı - Şikayət

Tarix 18.12.18, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda Regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, hər yerdə olduğu kimi Biləsuvar rayonunda da son illər böyük işlər görülüb, təhsil, səhiyyə müəssisələrinin, inzibati binalarının, yeni yolların tikintisi və əsaslı təmir işləri aparılıb, su və kanalizasiya sisteminin çəkilişi həyata keçirilib. Rayon mərkəzində ərazisi 1.7 hektar olan Heydər Əliyev parkı müasir üslubda yenidən qurulub və parkın ərazisində ümummilli lider Heydər Əliyevin abidə kompleksi ucaldılıb. Burada Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati binalar inşa olunub. Biləsuvar şəhərinin H.Əliyev, M.İbrahimov və Nizami küçələri yüksək səviyyədə təmir edilib, yeni yaşıllıq zolaqları salınıb və işıqlandırma sistemi quraşdırılıb. Məlum olduğu kimi, son illər ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin məşğulluğu baxımından kənd təsərrüfatının xüsusi əhəmiyyətini nəzərə alaraq aqrar sahəyə dövlət dəstəyi davam etdirilir. Biləsuvar rayonunda da kənd təsərrüfatının inkişaf etdirilməsinə ciddi fikir verilir. Rayonda maddi-texniki resurslara olan tələbatı ödəmək üçün yeni kənd təsərrüfatı texnikaları alınıb və “Aqrolizinq” üçün yeni bina inşa olunub, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istixana və soyuducu anbar kompleksləri tikilib.

Bütün bunlar çox sevindirici bir haldır. Hərçənd ki,biləsuvarlılar bu quruculuq işlərinə heç də ürəkdən sevinmirlər. Belə ki, bu parlaq quruculuq işlərinin arxasından bu gün hamı külli miqdarda dövlət vəsaitinnin talan olunmasından danışır. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin bu kimi əməlləri barədə dövrü mətbuat, elekton informasiya vasitələri və sosial şəbəkələrdə olmazın məlumatların yayılması bizə o qədər də maraqlı deyil. Mahir Quliyev də diğərləri kimi, haradansa gəlib,harasa gedəcək Əsas məsələ talanan dövlət vəsaitlərinin aqibətidir. Məlum olduğu kimi son dövrlər regionların sosial iqtisadı inkişafı dövlət proqramı çərçivəsində bütün rayonlara, o cümlədən Biləsuvar rayonuna da kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda göstərilənlərə rəğmən ciddi heç bir iş görülməyib və ya daha da böyük işlər görmək olardı. Məhz buna görə də əhali arasında icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər yerdə demək olar ki, vətəndaşların hüquqları pozulur. Rayon sakinlərinin bildirdiyinə görə icra başçısı Mahir Quliyev rayona ayrılan büdcə pullarının müəmmalı israf edilməsində addımbaşı ittiham olunur.

Bizə verilən məlumatlara görə bir çox məsələsərdə İcra başçısına rayon icra Hakimiyyətin Memarlıq və Tikinti şöbəsinin müdiri Yaşar Əzimov lap yaxından kömək edir. Kömək edir deyəndə rayonda aparılan bütün tikinti və yenidənqurma işlərinə bir başa nəızarət edən Yaşar Əzimov dövlət büdcəsindən ayrılmış vəsaitlərdən əlavə sakinlərdən, xırda sahibkarlardan aldığı vəsaitləri toplayıb başçıya çatdırır. Biz yuxarıda son dövrlər Biləsuvarda aparılan quruculuq işlərindən bəhs etmişdik və bunu əbəs yerə etməmişdik. İndi təsəvvür edin Biləsuvarda aparılan bu quruculuq işlərinə nə qədər vəsaitlər xərclənib.Təkcə 2015-ci ildə Biləsuvarda inşa edilən Heydər Əliyev Parkına, Heydər Əliyev Mərkəzinə, rayon icra hakimiyyətinin inzibati binasına, fontan kompleksinin tikintisinə rəhbərlik etmiş Yaşar Əzimovun buradan külli miqdarda vəsait mənimsədiyi də bu gün rayonda dolaşan ən aktual mövzu, dildən düşməyən söz-söhbətdir.Biləsuvar şəhərində Heydər Əliyev prospektinin yenidən qurulması, piyadalar üçün səkilərin salınıması, yeni işıqlandırma sistemlərinin qurulması, şəhərin ümumi görkəminə xələl gətirən köhnə tikililərin müasirləşdirilməsi, su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə ayrılmış vəsaitləri də həmçinin bu deyilənlərə əlavə etsək hansı mənzərələrin şahidi olarıq,özünüz təsəvvür edin. Sakinlərin sözlərinə görə keyfiyyətsiz və tələm-tələsik başa gələn bu işlərin hamısının artıq yenidən təmir olunmasına ehtiyac var. Dövlət büdcəsindən milyonların silinməsi bahasına başa gələn yolları yenidən dağıdıb, yenidən çəkdirən Mahir Quliyevin qazancı artdıqca xalqın güzəranı daha da pisləşir

Bu gün biləsuvarlılar artıq başqa ciddi məsələlərə görə ciddi harahatçılıq hissi keçirməkdədilər. Məlum olduğu kimi Prezident İlham Əliyevin Biləsuvar rayonuna son səfərindən sonra Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayırması da başçı Mahir Quliyevlə baş memar Yaşar Əzimova yeni yeyinti sahəsi kimi qələmə verilir. Sakinlərin sözlərinə görə onsuz da rayonda daş üstünə daş qoymağa icazə veməyən, hər hansı fərdi yaşayış evinin tikintisi üçün müxtəlif sənədlər tələb edən Yaşar Əzimov artıq istismar müddəti başa çatmış çöxmənzilli binaların sakinləri ilə gizli sövdələşmələr aparır. Bunlar onun son illlər Biləsuvar rayonunda gördüyü işlərin hamısı deyil. Bu işlərin müqabilində onun nələr əldə etdiyi isə Bakıdakı evlərdədir. Bir sözlə sakinlərin redaksiyamızın əməkdaşlarına bildirdiklərinə görə Biləsuvarın tək problemi Mahir Quliyev deyil, həm də baş memar Yaşar Əzimovdur.
Aktualinfo.org 



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap