Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mahmud Abbasdan dünya dövlətlərinə çağırış:"İsraili tanımaqdan imtina edin!"

Tarix 13.12.17, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


“İƏT-ə üzv ölkələr ABŞ-la münasibətlərini yenidən müəyyənləşdirməlidir”

APA-nın məlumatına görə, bunu Fələstin rəhbəri Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısındakı çıxışında deyib.

M. Abbas bildirib ki, Avropa İttifaqı İsrailin işğal etdiyi ərazilərdə istehsal olunan məhsulların satın alınmasına qadağa qoyub: “Bu qərar tam icra olunmur. İƏT də belə qərar qəbul edə bilər. Fələstin hakimiyyəti ABŞ konsulluğu ilə əlaqələri dayandırıb. Bu, çətin addımdır və müsəlman ölkələri də belə addım ata bilər. Dünya dövlətlərini İsrail dövlətini tanımaq barədə qərarlarını ləğv etməyə də çağırıram. İsrail qurulduqdan sonrakı dövrdə BMT-nin heç bir qərarını yerinə yetirməyib. İsrail BMT qərarlarını yerinə yetirmək şərti ilə bu quruma qəbul olunub, ancaq BMT-nin heç bir qərarını yerinə yetirməyib”.

M. Abbas iki dövlətli həll variantına tərəfdar olduqlarını nəzərə çatdırıb: “Dünyada Fələstini tanıyan dövlətlərin sayı İsraili tanıyan dövlətlərin sayından çoxdur. ABŞ veto qoysa da, biz BMT-yə üzv olmaq üçün ardıcıl fəaliyyətimizi davam etdirəcəyik”.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap