Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Malayziyada hakimiyyət dəyişikliyi –Yeni kral seçildi

Tarix 24.01.19, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


Malayziya müstəqillik tarixinin sayca 16-cı kralını seçib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Malayziya Hökmdarları Məclisinin Terenqqanu ştatının sultanı Mizan Zeynal Abidinin sədrliyi ilə keçirilən iclasında Pahanq ştatının sultanı Abdullah Riayətüddin əl Mustafa Billah ölkənin növbəti kralı elan olunub.

Konstitusiyaya əsasən, Malayziyada əsasən təmsilçi roluna malik olan, ölkədə islamın himayəçisi sayılan və həmçinin Ali Baş Komandan vəzifəsini də icra edən Kral (“Yang di Pertuan Agong”) ölkənin 9 ştatının vərəsəlik başçıları olan sultanlar tərəfindən rotasiya (əvəzləmə) qaydası ilə beşillik müddətə seçilir.

Əvvəlki kral Beşinci Məhəmməd cəmi iki il hakimiyyətdə olduqdan sonra ötən ilin sonunda Rusiya vətəndaşı, vaxtilə Moskva gözəllik müsabiqəsinin qalibi ilə evlənib, yanvarın əvvəllərində səhhətilə bağlı taxt-tacdan imtina etmişdi. Kralın taxt-tacdan imtinası Malayziyada ilk belə hadisə olaraq ictimaiyyətdə böyük şok yaratmışdı.

Qatı idman həvəskarı, İngiltərədə təhsil aldığı vaxt polo ilə məşğul olmuş yeni 59 yaşlı Kral FİFA şurasının üzvü, Asia Hokey Assosiasiyasının prezidenti, Beynəlxalq Hokey Federasiyasının İcraçı Şurasının üzvü, Malayziya Futbol Assosiasiyasının sabiq prezidentidir.

Yeni Kralın taxt-taca çıxma mərasimi yanvarın 31-də keçiriləcək.




Xəbərin oxunma sayı : 241




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap