|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Maliyyə-bank sektoru təlatüm ərəfəsində: - “Domokl qılıncı”nın altında hansı nazirin başıdır?
Tarix 29.06.19, 23:18 |
|
Ölkədə vüsət alan radikal dəyişikliklərin növbəti müstəvisinin maliyyə-bank sektoru olacağı bildirilir. Cəmiyyət bu ilin əvvəlindən etibarən, ölkə həyatının müxtəlif sahələrində həyata keçirilən köklü dəyişikliklərin, dönməz xarakter aldığını təsdiqləyən gedişatın şahidi olmaqdadır. Xüsusilə, sosial sferada atılan inqilabi xarakterli addımlar, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə hədəflənmiş ardıcıl qərarların qəbulu, minimum əmək haqqı həddinin 5 ayda iki dəfə artırılması, şəhid ailələri üçün sığorta vəsaitlərinin ödənilməsi, onların mənzil şəraitlərinin yaxşılaşdırılması və digər tədbirlər geniş ictimai rəğbət doğurub.
Eyni zamanda, vergi, gömrük və məhkəmə-hüquq sistemində aparılan islahatlar nəticəsində özəl sektor rahat nəfəs almaq imkanı qazanmış, vətəndaşların, qanunun aliliyinə yönəlik etimadı bərpa olunmaqdadır. Məhz vergi-gömrük sistemlərinin təkmilləşdirilməsi, bu sahələrdə onilliklər boyu hökm sürən və sahibkarları faktik xəraca “oturtmuş” mexanizmin dağıdılması sayəsində həm iş adamlarının əl-qolu açılıb, həm də büdcə daxilolmalarında milyardlarla manat həcmində artıma nail olunub.
Qeyd edək ki, maaşların artırılmasına imkan verən büdcə təminatında bu amil həlledici rol oynayıb.
Yenicag.az-a daxil olan məlumata görə, Azərbaycanda əsaslı dəyişikliklərin baş verəcəyi növbəti sahə maliyyə sektorudur.
Qeyd edilir ki, hökumətin bu seqmentinin, konkret olaraq, Maliyyə Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilməmələri, bank sektorunun sağlamlaşdırılmasına dair prezident İlham Əliyevin tapşırıqlarının icra olunmaması, adları çəkilən qurumların rəhbərlərini “hədəf taxtası”na çıxarıb.
Başqa sözlə, Azərbaycanda 2015-ci ildə baş vermiş iki devalvasiyanın təşəbbüskarı qismində adı hallanan maliyyə naziri Samir Şərifovla MBNP-nin sədri vəzifəsini icra edən İbrahim Alışovun, onlara göstərilən yüksək etimadı son damlasına qədər boşuna sərf etdikləri bildirilir. Maliyyə sektorunda sabitliyin təmin edilməməsi, vətəndaşların bank sektorunun fəaliyyətindən narazılığının azalmaq əvəzinə, artması nə Şərifovun, nə də Alışovun artıq bu dözülməz vəziyyəti aradan qaldırmaq imkanında olmaması qənaətini tam qətiləşdirib. Bu səbəbdən, ölkə rəhbərliyinin, maliyyə sektorunda qaçılmaz zərurətə çevrilmiş dəyişikliklərə Şərifov və Alışovun yola salınması ilə başlanacağı gözlənilir. Görünən budur ki, yarıtmaz fəaliyyəti ilə maliyyə-bank sektorunu iflic edən və bununla əhalinin narazılığını körükləyən Şərifovun postunu qorumaq şansı qalmayıb. Bu çərçivədə gözlənilən digər yeniliyin, sektorda ciddi struktur dəyişikliyinin həyata keçiriləcəyi və Mərkəzi Bankın səlahiyyətlərinin genişləndirilməsi olacağı bildirilir.
Məlumata görə, özünü doğrultmayan Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi və funksiyalarının Mərkəzi Banka verilməsinin optimallığı da ciddi surətdə nəzərdən keçirilir. Bu isə, bank-maliyyə sistemində Samir Şərifovla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov arasında gedən amansız savaşın sonuncu fazaya daxil olduğunu göstərir. Lakin məsələnin bu həddə çatması heç də Elman Rüstəmovunn “dəfnə çələngi”nə sahiblənəcəyi anlamına gəlmir. Şərifovla yanaşı, Rüstəmovun da 25 il fasiləsiz oturduğu kreslosundan, nəhayət, qaldırılacağı çox realdır.
Eyni zamanda, bu sektora aid olan, lakin yuxarıda göstərilən qurumlarla müqayisədə müəyyən qədər “kölgə”də qalaraq, hesabatsızlıq şəraitində aram-arxayın fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu, o cümllədən, İpoteka və Kredit Zəmanət Fondunun da gözlənilən dəyişikliklər dalğasından yayına bilməyəcəyi qeyd olunur. Bu Fondların fəaliyyətinə dair mətbuatda dərc olunan materiallara, həmçinin, səngiməyən söz-söhbətlərə əsasən deyə bilərik ki, həmin qurumların kurasiyasını həyata keçirən sabiq vergi generalı, “Akula” ləqəbli Habil Məmmədov (Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri) oranı da özünün “ənənəvi qaydalar”ı əsasında idarə etməkdədir. “Akula” ləqəbli generalın funksiyasına daxil olan məsələlər sırasında xüsusi yeri fəaliyyəti dayandırılmış bankların əmlaklarların satışı tutur. Həmin əmlakın satışından əldə olunan vəsait isə bağlanmış bankların əmanətçilərinin pullarının qaytarılmasına yönəldilməlidir.
Ancaq qanunla tənzimlənən bu qayda Məmmədov tərəfindən ustalıqla dəyişdirilib. Nəticədə Məmmədov vurğulanan əmlakı real qiymətə dost-tanışlarına satsa da, bu alqı-satqı əməliyyatları minimum qiymətlərə uyğun sənədləşdirilir. Göstərilən səbəb də sadədir: “Alıcı olmadığı üçün bu qiymətə satmağa məcburuq”.
Təbii ki, ortadakı fərq Məmmədovun şəxsi büdcəsinə gedir. “Akula”nın birbaşa funksiyasına daxil olan problemli kreditlərin ödənilməsini təmin etmək vəzifəsi də icrasız qalıb. Belə olmasaydı, Məmmədovun müşavir təyinatından sonra, problemli kreditərin ödənilməsinə dair göstərici 3 dəfə azalmazdı. Hər halda, sabiq vergi generalının bu əməllərə görə cavab verəcəyi şərait yetişməkdədir.
Fəxri Kazımlının rəhbərliyi altında dözülməz atmosferin hökm sürdüyü, əhalinin aztəminatlı hissəsinin ipoteka ümidlərini baltalayan İpoteka və Kredit Zəmanət Fondu da yenidən təşkil olunmaq perspektivi ilə üz-üzədir. Habil Məmmədov və İbrahim Alışov təbiətli “vazkeçilməz kadrlar”ın işə cəlb olnduğu bu Fonda yönəlik ictimai etimadın bərpası üçün başqa yolun qalmadığı aydın görünür.
Maliyyə-bank sektorunda yuxarıda bəhs olunan mümkün dəyişiklikləri Yenicag.az-a dəyərləndirən iqtisadçı Əkrəm Həsənov bu sahədə radikal islahatların, ilk növbədə isə kadr əvəzləmələrinin labüdlüyünü bildirib:
“Ölkənin maliyyə sektorunun vəziyyəti ağırdır və təəssüf ki, real dəyişikliklər üçün konkret addımlar da atılmır. Hesab edirəm ki, bunun başlıca səbəbi kadr problemidir. Burada da bir neçə aspektə nəzər salmaq lazımdır. Əvvəla, kadrların bilik və səriştə, o cümlədən də dürüstlük baxımından, tutduqları vəzifələrə uyğun gəlməmələri qeyd olunmalıdır. Problemi dərinləşdirən amillərdən biri də bu sektora cavabdeh olanlar arasında koordinasiyanın olmaması və onların qarşıdurma şəraitində fəaliyyət göstərmələridir. Əlbəttə, kadr məsələsi prezidentin müstəsna səlahiyyətinə daxildir və kimi nə vaxt təyin edib, nə vaxt vəzifədən çıxarmağa dövlət başçısının özü qərar verir. Şəxsən mən bir mütəxəssis olaraq, hesab edirəm ki, bu sektorda ən zəif “bənd” Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Bu qurum heç bir meyara cavab vermir, savad-səriştə baxımından da, biabırçılıqdır. Fikrimcə, Palatanın rəhbərliyi tamamilə dəyişdirilməlidir və bu, nə qədər tez baş versə, maliyyə sektoru üçün daha xeyirli olar. Eyni zamanda, Palata ilə yanaşı onun nəzdində fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu barəsində də analoji addımların atılması vacibdir. Bu sırada həmçinin İpoteka və Kredit Zəmanət Fondunu da qeyd etmək mümkündür. O fondun rəhbəri deputat Xanhüseyn Kazımlının oğlu, nə savadı, nə də səriştəsi ilə seçilməyən Fəxri Kazımlıdır. Sıranı davam etdirsək, dəyişikliyin zəruri olduğu qurumlardan biri də Sahibkarlığın İnkişafı Fondudur. Bu qurumların adlarını ona görə sadalayıram ki, onların hamısı biri-biri ilə əlaqəlidirlər. Maliyyə Monitorinq Xidməti artıq Vergilər Nazirliyinin tabeliyinə verilib və ümid edirəm ki, o qurumun fəaliyyətində müsbət dəyişikliklər baş verəcək”.
Həsənovun sözlərinə görə, maliyyə-bank sektorunda yaranmış vəziyyətin əsas günahkarı Mərkəzi Bank və onun rəhbəridir. Eyni zamanda, Maliyyə Nazirliyi də bu duruma görə məsuliyyət daşıyır:
“Əsasnaməyə görə, Mərkəzi Bankın İdarə Heyətində yeddi üzv olmalıdır, ancaq hazırda orada cəmi dörd üzv var. Mərkəzi Bankın sədri Elman Rüstəmova gəldikdə, açıq deməliyik ki, o da artıq getməlidir. Çünki maliyyə sektorundakı mövcud qeyri-sabitlik birbaşa onun fəaliyyəti ilə bağlıdır. Elə bir vəziyyət yaranıb ki, Rüstəmov hətta doğru söz deyəndə də, ona inanmırlar. Yəni, maliyyə-bank sektorunun bu vəziyyətə düşməsində onun “zəhmət”i böyükdür. Bu sektorda savadı və bacarığı ilə nisbətən – altını cızıram, nisbətən – seçilən elə maliyyə naziri Samir Şərifovdur. Şərifovu hazırlıqlı kadr hesab etsəm də, bu vəziyyətin yaranmasında əlbəttə ki, onun da günahları var. Şərifov ən azı Beynəlxalq Bankın bu vəziyyətə düşməsinə və digər məsələlərə görə məsuliyyət daşıyır”.
İqtisadçının sözlərinə görə, ehtimal olunan kadr əvəzləmələrində əsas məsələ adları çəkilən “köhnə kadr”ların yerinə gətiriləcək “yeni”lərin tələb olunan iş meyarlarına cavab vermələridir: “O baxımdan, maliyyə-bank sektorunda mümkün kadr dəyişikliklərinin kompleks şəkildə həyata keçirilməsi çox arzuediləndir. Bu proses nə qədər tez həyata keçirilərsə, o qədər yaxşı olar. Ancaq burada əsas məqam gedənlərin yerinə təyin olunacaq kadrların kriteriyalara uyğun gəlmələridir. Çox təəssüf ki, bəzi hallarda gedənləri əvəz edənlər öz sələflərindən daha betər yarıtmaz fəaliyyət göstərirlər. Bəzən gənc kadrları məsul vəzifələrə gətirirlər, onların da ingilis dilini bilmələrindən başqa heç bir bacarığı yoxdur… Yəni bu kimi problem də var… Köhnələri çıxarmaq asandır, ancaq onların yerinə gətirilənlər tələblərə cavab verirlərmi? Əsas məsələ budur”.
Xəbərin oxunma sayı : 403
İqtisadiyyat
Xəbərlər
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
TOP 10
ARXİV