Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Maliyyə Nazirliyi Nazirlər Kabinetinə yeni təkliflər göndərib – Dövlət büdcəsinə yenidən baxılması ilə bağlı

Tarix 30.07.20, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edib.

Maliyyə Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq, müvafiq büdcə zərfi ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.

Bununla yanaşı, büdcə sisteminə uyğun olaraq, icmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilib.

Dövlət və icmal büdcələrin yenidən baxılması ilə bağlı dövlət və icmal büdcələrinin dürüstləşdirilmiş göstəriciləri Azərbaycan Respublikasının Maliyyə Sabitlik Şurasında müzakirə olunaraq bəyənilib.

2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, habelə COVID-19 pandemiyasının ölkəmizə mənfi təsirinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə bağlı əlavə ehtiyacların qarşılanması, habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması və eləcə də, sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir/APA.



Xəbərin oxunma sayı : 1801




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap