Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Maliyyə Nazirliyinin idarə rəisinin qardaşına 700 min dollar “atıblar” –Məhkəmə qalmaqalı

Tarix 18.09.18, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzFakt.com“Report”a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elxan Muradlı ifadə verib.

O deyib ki, İ.Xıdırovu işçisi N.Mustafayev vasitəsilə tanıyıb.

E.Muradlı bildirib ki, avadanlıqlar alınması üçün ona 220 min dollar pul verib: “Bir neçə ay mənə qazanc kimi müxtəlif məbləğlərdə pul verdi, həmin məbləğdən də Nazimin payı olan 10 mini ona verdim. Sonra mənə dedi ki, İrkutskda 400 min dollarlıq avadanlıqlar var, hətta çox böyükdü. Başım çıxmasa da, bu mənə maraqlı gəldi. Həmin avadanlıqları gətirmək üçün 480 min dollar verdim. Sonra iş alınmadı, pulumu qaytarmadı. Bir müddət keçəndən sonra öyrəndim ki, onlar məndən alınan pulla 57 minə “GL”, 27 minə “Nissan Juke” alıblar”.

Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.

İttiham aktına əsasən, İ.Xıdırov dələduzluq əməllərini N.Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib, satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb.

Digər təqsirləndirilən N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməyib, o, hazırda azadlıqdadır.

Zərərçəkmişlərdən biri olan Elxan Muradlının qardaşı Etibar Muradov Maliyyə Nazirliyinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir.

E.Muradlı biznes qurmaq üçün İ.Xıdırova pul verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar alıb.

Həmin şəxslər zərərçəkmiş Gülnaz Abdullayevadan 21 dollar, Tamilla Əliyevadan 28 min dollar almaqla dələdzuluq ediblər.



Xəbərin oxunma sayı : 400




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap