Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Manatın hazırkı vəziyyəti ilə bağlı - Şərh

Tarix 27.12.22, 22:04

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bankın ən son statistikasına görə, 2022-ci ilin arxada qalan dövrü ərzində Azərbaycan manatının qeyri-neft çəkili nominal effektiv məzənnəsi 13,6%, real effektiv məzənnəsi 6,5% bahalanıb.

AzFakt.com xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.
"İdxaldan yüksək asılılığı olan ölkə üçün bu idxal inflyasiyasının təzyiqini xəfiflədən, amma qeyri-neft ixracını çeşidləndirmək istəyən ölkə üçün beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə neqativ təsir göstərən amildir.
Manatın qeyri-neft çəkili effektiv məzənnəsinin formalaşmasında həlledici rolu ölkənin qeyri-neft xarici ticarətinin təxminən 70%-ni formalaşdıran 7 əsas valyutaya oynayıb: lirə, rubl, lari, təngə, avro, yuan və isveçrə frankı.
Azərbaycan manatı onlardan 5-nə münasibətdə nominal olaraq bahalanıb, 2-nə münasibətdə ucuzlaşıb.
Ucuzlaşma gürcü larisinə (14,4%) və rus rubluna (22%) münasibətdə olub.
Digər valyutalara nəzərən bahalanma belə olub: türk lirəsi - 31,6%, qazax təngəsi - 8%, avroya - 8,3%, İsveçrə frankı- 3%, Çin yuanı 11%.
Real effektiv məzənnə indeksinə təsir göstərən 2-ci mühüm amil olan inflyasiyaya gəldikdə, 11 ayın yekunlarına görə 7 ölkədən yalnız 2-də illik inflyasiya Azərbaycandan (bizdə 13,8%) yüksək olub: Qazaxıstanda 20%, Türkiyədə 84%.
Digər ölkələrdə belə olub: Çin 2,5%, Gürcüstan 10,5%, avro məkanı 10,7%, Rusiya 11%, İsveçrə 11,5%.
Azərbaycanla xarici ticarətdə ən yüksək paya malik 2 ölkədən biri kimi Türkiyədə inflyasinın həddən artıq yüksək səviyyəsi manatın real effektiv bahalanma səviyyəsinə nisbətən azaldıcı təsir göstərib", - deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 949




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap