Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Manat yay sınağından üzüağ çıxdı

Tarix 31.08.17, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


“Manatın məzənnəsi sabit olduğundan gözləmə mövqeyində olan valyuta yığımlarının da xərclənməsinə başlanılıb”

Manat əksər proqnozların əksinə olaraq, yay sınağından üzüağ çıxdı.

 Fevral ayının əvvəlində möhkəmlənməyə başlayan milli valyutamız avqust ayının son gününü də dollar qarşısında 1.7010 məzənnəsi ilə başa vurdu. Bəs görəsən, bu müddət ərazində manat hansı faktorların hesabına öz məzənnəsini qoruya bildi? Payız aylarında əks tendensiya, yəni manatın ucuzlaşması prosesi başlaya bilərmi?

“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bəzi proqnozların yanlış çıxmasının səbəbini belə əsaslandırdı: “2017-ji il üçün manatın məzənnəsi proqnozlaşdırılarkən nəzərə alınan bir sıra şərtlər var idi ki, hazırda onlar əhəmiyyətli səviyyədə dəyişib. Burada dövlət zəmanətli borcların ödənişi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi önəmli idi. Belə ki, Beynəlxalq Bank artıq öz öhdəliklərini yerinə yetirməklə bağlı restruktruzasiya üçün müraciət etdi. Bu müraciət də qəbul olundu. Beynəlxalq Bank il ərzində maliyyə bazarlarında öz öhdəliklərini yerinə yetirmək üçün 1,3 milyard ABŞ dolları həcmində valyuta alışını həyata keçirməli idi ki, bu da Azərbaycan bazarı üçün kifayət qədər ciddi rəqəmdir. Son nəticədə manatın məzənnəsinə ciddi təsir göstərəcəkdi. Ancaq hazırda yeni şərtlər daxilində restruktruzasiyadan sonra bu alışı etmir. Bu, bazarda tələbin həcminə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir”.

Ekspert onu da vurğuladı ki, DNF-dən ayırmalar Mərkəzi Bankın maliyyə bazarındakı manevr imkanlarını genişləndirib: “İkincisi, yanvar ayında dövlət büdcəsi təsdiqlənərkən Neft Fondunun büdcəsindən Mərkəzi Banka təxminən 4,5 milyard ABŞ dolları həcmində, yəni 7,5 milyard manatlıq transfer edilməsi nəzərdə tutuldu. Bu transferin valyuta formasınd həyata keçirilməsi Mərkəzi Bankın manatın məzənnəsinin tənzimlənməsi istiqamətində manevr imkanlarını genişləndirdi. Digər bir məqam faktiki olaraq, 2017-ci ildə dövlət büdcəsi vəsaiti hesabına idxal olunan məhsullara məhdudiyyətin tətbiq olunmasıdır ki, bu, büdcə vəsaitlərinə valyuta tələbinin formalaşmasını müəyyən qədər azaldan amildir. Əhalinin İstehlak gücünün zəifləməsi, eyni zamanda ötən iki il ərzində gedən yüksək dollarlaşma prosesi də öz təsirini göstərir. Onu da nəzərə almaq lazımdır ki, fevral ayında manatın məzənnəsində müşahidə edilən sabitlik gözləmə mövqeyində olan yığıntıları, həm biznes subyektlərinin, həm də vətəndaşların hərəkətə keçməsini şərtləndirdi”. 
Rəşad Həsənovun fikrincə, artıq manatın məzənnəsi sabit olduğundan gözləmə mövqeyində olan valyuta yığımlarının da xərclənməsinə başlanılıb: “Əvvəlki dövrdə manatın sürətli dəyərsizləşməsi fonunda vətəndaşlar və biznes subyektləri öz vəsaitlərini xarici valyutada saxlamaqla müəyyən müddət ərzində gəlir əldə edir, eyni zamanda vəsaitin dəyərlənməsini gözləyirdi. Amma hazırda məzənnədə sabitlik var, bu sabitlik artıq qeyd olunan kütlənin müəyyən bir hissəsinin hərəkətə keçməsinə gətirib çıxarıb. Çünki onların bir qismi öz tələbatlarını ödəmək üçün əllərində olan yığımları dolların bahalaşacağı ehtimalı fonunda xərcləmirdi. Ancaq bu gün ehtiyacları qarşılamaq üçün həmin vəsaitlər bazara təklif olunur. Bu da bazarda vəziyyəti müsbətə doğru dəyişən amillərdən biri hesab olunmalıdır. Təbii ki, son illərdə turizmlə bağlı da bu istiqamətdə müəyyən nailiyyətlərdən danışmağa dəyər”.
Image result for rəşad həsənov
İqtisadçı turist sayının artmasını da manatı dəstəkləyən bir amil kimi qiymətləndirdi: “Bundan başqa, fərdi müşahidələrimizdə də, statistika ilə bağlı rəqəmlərdə də görürük ki, ölkəyə gələn turistlərin sayı artıb. Xüsusən ərəb ölkələrindən çox sayda turistin gəlməsi manatın məzənnəsinə müsbət təsir etdi. Onu da vurğulayaq ki, manatın məzənnəsinin təxminən iki dəfə ucuzlaşması turizmə müsbət təsirini göstərib və Azərbaycanın turizm cəlbediciliyini artırıb. Bu da faktiki olaraq manatın məzənnəsini dəstəkləyən amildir”.

R.Həsənov təsdiqlədi ki, manatın məzənnəsinin sabit qalmasına təsir edən amillərdən biri də neftin qiymətinin 50 dollar ətrafında dəyişməsidir: “Biz bütün bunların fonunda mövcud stabilliyi müşahidə edirik. Neftin qiymətinin də ilin ötən 8 ayında 50 ABŞ dollarından yuxarıda bərqərar olması həm ölkənin tədiyyə balansının, həm də ticarət saldosunun müsbət olmasına təsir edən faktordur. Ötən il hər iki istiqamətdə kəsir olduğu halda bu il müsbət saldo var. Bu da psixoloji olaraq maliyyə bazarlarının əsas iştirakçılarının alış mövqeyinə keçməməsini şərtləndirən amillərdəndir. Düşünmürəm ki, ilin sonuna qədər ciddi dəyişiklik baş verəcək. Ola bilsin ki, noyabrın sonu - dekabrın əvvəllərində müəyyən qədər büdcə vəsaitlərinin dövriyyəyə daxil olması, eyni zamanda dövlət zəmanətli öhdəliklərin yerinə yetirilməsi məqsədilə valyuta alışlarının olması təxminən 3-5 faiz həddində manatı zəiflədə bilər. Hazırda qlobal səviyyədə ABŞ dollarının məzənnəsinin əhəmiyyətli dərəcədə ucuzlaşmasını və bu prosesin növbəti aylarda davam etməsi ehtimalının yüksək olduğunu nəzərə alsaq, manat ilin sonunda itirdiyi mövqeyi növbəti ilin əvvəlində bərpa edə bilər”. (musavat.com)










Xəbərin oxunma sayı : 109




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap