Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Maradona haqqında serial çəkəcək - “Amazon” studiyası tərəfindən

Tarix 12.09.18, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


“Amazon Studios” kompaniyası Argentina yığmasının heyətində futbol üzrə dünya çempionu olmuş Dieqo Maradona barədə çoxseriyalı film çəkəcək.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, serialda əsas rolların ifaçıları artıq seçilib. Aktyorlar Nasareno Kasero, Juan Palomino və Nikola Holdşmidt müxtəlif yaş mərhələlərində Maradonanı canlandıracaqlar.

Studiya bir qədər əvvəl “All or Nothing: Manchester City” (“Hər şey və ya heç nə: Mançester Siti”) çoxseriyalı sənədli filmini çəkib. Bu film 2017-2018-ci il mövsümündə İngiltərə futbol klubunun həyatından bəhs edir.

Qeyd edək ki, Maradona 1986-cı ildə dünya çempionu adını qazanıb və XX əsrin ən yaxşı futbolçularından biri kimi tarixə düşüb. İspaniyada keçirilən dünya çempionatından sonra futbolçu “Barselona” klubu ilə müqavilə imzalayıb. O, iki mövsüm ərzində ölkə kubokunu qazansa da, zədələr səbəbindən yeni klubda özünü tam nümayiş etdirə bilməyib.

Maradona hazırda Meksikanın “Dorados” klubunun baş məşqçisidir.



Xəbərin oxunma sayı : 451




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap