Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Marketlərin gizlətdikləri üzə çıxır – 221 milyon manat...

Tarix 15.02.21, 10:48

Font ölçüsü : - / +
bitmap-img6


"ƏDV geri al" layihəsi pərakəndə ticarət şəbəkəsində ticarət dövriyyələrinin şəffaflaşmasına səbəb olur. Ötən il marketlərin onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi kəskin artıb. Aylıq dövriyyə ötən iln 4-cü rübündə 1-ci rübünə nisbətən 36,4% çox olub. Belə ki, marketlərin orta aylıq dövriyyəsi 2020-ci ilin 1-ci rübündə 162 milyon manat ikən, 4-cü rübündə 221 milyon manat təşkil edib.

AzFakt.com xəbər verir ki, "Postpandemiya dövründə vergi sistemi" mövzusuna həsr olunan konfransda çıxış edən Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Nəzərli bildirib ki, əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin istehlakçılara qaytarılması kassa çeklərinin tələb edilməsinə, nağdız ödənişlərə marağınartmasına təkan verib və kassa dövriyyələrinin şəffaflaşmasına gətirib çıxarıb:
“2020-ci ildə layihə çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb.

Ötən illdən ölkəmizdə pərakəndə ticarət və iaşə xidmət obyektlərində onlayn kassaların istifadəsinə başlanılıb. Hazırda ticarət və ictimai iaşə obyektlərində 23 mindən çox yeni nəsil elektron kassa aparatı quraşdırılıb. 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalar ilə əvəz edilməsi nəzərdə tutulub”.

HAZIRDA 9 MİNDƏN ÇOX VƏTƏNDAŞ ƏDV GERİ ALIR

Orxan Nəzərli “Bu yeni şəffaf və müasir alətdir” deyərək sözlərinə belə davam edib:

“Bu kassaların tətbiqi nəticəsində pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin real vaxtda elektron sistemdə əks etdirilməsi pozuntulara yol verilməsinin, dövriyyələrin gizlədilməsinin qarşısını alır. Maddi stimulun verilməsilə vətəndaşları özümüzə tərəfdaş seçərək ictimai nəzarəti də təmin etmiş olduq. Bu gün “ƏDV geri al” portalında 9 mindən yuxarı istifadəçi qeydə alınıb. Yeni nəsil kassaların tətbiqi effektiv nəticələr verir. Kassaların əhatə dairəsi genişləndikcə dövriyyələrin şəffaf bəyan edilməsi sürətlənir.

Pərakəndə ticarət şəbəkəsində yeni nəsil onlayn kassa aparatlarının quraşdırılması ticarət dövriyyələrinin şəffaflaşmasına müsbət təsir edib. Əgər 2020-ci ilin 1-ci rübündə marketlərin onlayn kassa çekləri üzrə pərakəndə ticarət dövriyyəsinin orta aylıq həcmi 162 milyon manat təşkil edirdisə, bu göstərici 2-ci rübdə 192 milyon manat, 3-cü rübdə 209 milyon manat, 4-cü rübdə isə 221 milyon manat təşkil edib”.

Yeni mexanizmə görə, ödənilən ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i geri qaytarılır. //Marja.az//




Xəbərin oxunma sayı : 817




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap