Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Marneulidə icra başçısı seçkisi –Seçici fəallığı çox aşağıdır

Tarix 19.05.19, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın Marneuli rayonunda icra başçısı seçkilərində seçici fəallığı 5,7% təşkil edib

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Saat 10:00-a olan məlumata əsasən, rayonda seçki hüququna malik olan 99 717 nəfərin 5 699-u səs verib.

Xatırladaq ki, bu günGürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə seçkilər üzrə səsvermə prosesinə start verilib.

Saat 08:00-dan etibarən rayonun 90 seçki məntəqəsi seçiciləri qəbul etməyə başlayıb.

Marneulidə seçki hüququna malik olan vətəndaşların sayı 99,7 min nəfərdən çoxdur.

Rayon rəhbəri postuna namizədlərin ümumi sayı 15 nəfərdir ki, onların da 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Azərbaycanlı namizədlər “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat Partiyasından Aqil Mustafayev, hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı və gənclərdən ibarət təşəbbüs qrupundan Əli Bədirovdur. Seçkilərdə əsas mübarizənin məhz bu 4 namizəd arasında aparılacağı gözlənilir.

Bu gün qonşu ölkədə həmçinin Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli ilə yanaşı Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına da icra başçıları seçilir. Aralıq parlament seçkilərində isə Tbilisinin Mtatsminda rayonunun majoritar dairəsindən deputat seçilir.

Növbədənkənar və aralıq seçkiləri üçün ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən, ümumilikdə, 370 300bülleten çap olunub. Marneuli rayonunda yerləşən seçki məntəqələri gürcü dili ilə yanaşı Azərbaycan və erməni dillərində olan bülletenlərlə təmin olunub.

Seçkilər 402 091 seçicinin qeydiyyatda olduğu 410 seçki məntəqəsində keçirilir. Səsvermə prosesini 49 yerli təşkilatdan 6 139, 7 beynəlxalq təşkilatdan isə 47 nümayəndə müşahidə edir, 45 media qurumun 1 917 əməkdaşı işıqlandırır.

Seçkilərdə səsvermə prosesi saat 20:00-da başa çatacaq/Report.



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap