Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Masallıda onlarla ev çöküb – Bir neçə ailə evakuasiya olunub

Tarix 26.05.17, 3:24

Font ölçüsü : - / +
bitmap-img6


Masallı rayonunun üç kəndində onlarla evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35 –i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə ilə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və bəzi evlərin istinad divarlarında iri çatlar yaranıb. Bu ərazilərdə yenidən aktivlik müşahidə olunur.

Əksər qəzalı evlərin sakinləri qohumlarının evlərinə sığınmaq məcburiyyətində qalıblar. Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək.

Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndində 11 yaşayış evində təhlükə qalmaqdadır.



Xəbərin oxunma sayı : 115




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap