Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Masazır bələdiyyə sədri işçisini döyüb komaya saldı – Vəziyyəti ağırdı

Tarix 13.03.19, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə arasında martın 9-da dava baş verib. Bu haqda Ü.Hüseynovun qohumları məlumat verib.

Məlumata görə, davaya səbəb yığılan pulların banka köçürülməsi olub. Bildirilir ki, bələdiyyə sədri yığılan pulların ona verilməməsinə görə müfəttişi nalayiq söyüşlərlə təhqir edərək döyüb.

Qohumlarının sözlərinə görə, əlbəyaxa dava zamanı Ürfət həddən artıq əsəb sarsıntısı keçirdiyi üçün hüşünu itirərək yerə yıxılıb. Ürfət Hüseynov hazırda Respublika Klinik Xəstəxanasında reanimasiyadadır.
Məlumata görə, Siyanfər Əliyev məsələnin şişirdilməməsi üçün əlindən gələni edir. S.Əliyevin barışıq üçün bir neçə ağsaqqalla minnətçi düşdüyü bildirilir.

Respublika Klinik Xəstəxanasından verilən məlumata görə, Masazır Bələdiyyəsinin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu xəstəxananın ikinci reanimasiya şöbəsində yatır və hazırda vəziyyəti ağır qiymətləndirilir.

O da bildirilir ki, S.Əliyev daha əvvəl də başqa bir bələdiyyə üzvü ilə dalaşıb, onu başına butulka ilə vurub xəstəxanalıq edib. Lakin sonradan bu işin üzərini örtüb böyüməsinə mane olub. (milletinsesi.az)


 



Xəbərin oxunma sayı : 937




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap