Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Masazır sakini eyvanına baxan kişiyə atəş açdı

Tarix 16.09.17, 21:29

Font ölçüsü : - / +
bitmap-img6


Masazır Qəsəbəsi “Qurtuluş-93” yaşayış massivində yaşayan Vüqar Seyidovla qonşusu Xəyyam Baxşəliyev arasında mübahisə yaranıb. “ARB TV”dən virtualaz.org-a verilən məlumata əsasən, səbəb Vüqar Seyidovun Xəyyam Baxşəliyevin eyvanına baxması olub

Yaranmış mübahisə zamanı Xəyyam evində olan silahı gətirərək, eyvandan havaya 1 dəfə atəş açıb. Bu barədə dərhal aidiyyatı üzrə Abşeron rayon polis idarəsinə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Xəyyam Baxşəliyev saxlanılıb. O, dindirilərkən bildirib ki, evində qardaşı ilə mübahisə edib, daha sonra eyvana çıxarkən, qonşuların onları izlədiyinə şahid olub. Bu mənzərədən xoşlanmayan şəxs silaha əl atıb.

Xəyyam Baxşəliyev (saxlanılan şəxs): “Əsəbləşib eyvana çıxdım. Siqaret çəkəndə gördüm ki, qonşu blokdan bizə baxır. Mən də bunu özümə sığışdıra bilmədim. Onlara dedim ki, nə var, nəyə baxırsınız. Qardaş arasında olan söhbətdir. Onlar başladılar əl-qolla danışmağa. Evə keçib silahı çıxartdım. İçinə bir dənə güllə qoyub eyvana qayıtdım. Havaya bir dənə güllə atdım. Qaçıb gizləndilər. Düşdüm aşağı tapa bilmədim”.

Xəyyam Baxşəliyev nə silaha əl atmaqdan, nə də ki, qonşuları rahatsız etməkdən peşmanlıq hissi duymur.

Xəyyam Baxşəliyev (saxlanılan şəxs): “Onları qorxutduğum üçün peşmançılığım yoxdur. Hardasa peşmançılıq hiss edirəm ki, balaca körpələri narahat etmişəm. Amma onları qorxutduğuma görə peşman deyiləm”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.











Xəbərin oxunma sayı : 166




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap