“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Mateus Silva “Flamenqo”ya keçir? - Açıqlama

Tarix 09.12.25, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ”ın müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqası Liqa mərhələsinin “Ayaks”la matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

AzFakt.com xəbər verir ki, braziliyalı sağ cinah müdafiəçisi əvvəlcə matçdan danışıb:

- Bizi sabah çox ciddi oyun gözləyir. Çox təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidir. Hamımız bilirik ki, meydanda nə edəcəyik. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

- Sabahkı oyuna xüsusi motivasiya ilə çıxacaqsınız? Bu mövsüm yaxşı performans göstərirsiniz. Bunun davamını görə bilərik?

- Bu turnirdə uğurlu nəticə üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil. Komanda yoldaşlarım hamısı yüksək performans göstərməlidir. Söz verə bilərəm ki, sabah mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik.

- Sabah “Qarabağ” üçün həlledici oyunlardan biri olacaq. Komanda daxilində həyəcan var?

- Çempionlar Liqasında bütün oyunlar böyük oyundur. Amma hansısa həyəcan yoxdur. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşacağıq.

- Ötən mövsüm “Ayaks”a 0:3 hesabı ilə uduzmuşdunuz. Revanş hissi var?

- Doğrudur, keçən mövsüm onlara böyük hesabla uduzmuşduq. Amma bunu deyə bilərəm ki, vəziyyəti xeyrimizə dəyişmək istəyəcəyik.

- Adınız “Flamenqo” ilə hallanırdı. Bu, doğrudur?

- Mətbuatda çoxlu xəbərlər çıxır. Bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Biz yolun ortasındayıq. Öz missiyamız var. Onu bitirməliyik. Bir işə fokuslanmışıq və diqqətimiz yayınmamalıdır. Düşünmək üçün vaxtımız var. Missiyamızı sona qədər başa vurmalıyıq.



Xəbərin oxunma sayı : 112




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap