Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

MDB-də yalnız Tacikistandan öndəyik… – Ekspert daha bir biabırçı faktı açıqladı

Tarix 07.01.19, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Əhalinin 30%-dən çoxu pensiya yaşına çatmamış dünyasını dəyişir


“Azərbaycanda gözlənilən pensiya müddəti 7,5 ildir. Bu göstəriciyə görə MDB məkanında yalnız Tacikistan bizdən geri qalır”. Bu fikirləri iqtisadçı-ekspeert Qubad İbadoğlu öz “facebook” səhifəsindən paylaşdığı yazıda vurğulayıb.

qubad-ibadoglu

AzFakt.com-un məlumatına görə,  ekspert qeyd edib ki, Azərbaycanda problem yalnız pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxunun vəfat etməsi deyil, həm də pensiya çıxandan sonra gözlənilən pensiya müddətinin az olması ilə bağlıdır: “Bu göstərici Azərbaycanda 7,5 ildir, MDB məkanında yalnız Tacikistan bizdən geri qalır, Belarus isə 14 illə irəlidə gedir. (Daha ətrafli məlumat üçün şərh bölməsində cədvələ baxın). Məlumat üçün qeyd edim ki, gözlənilən pensiya ödənişi müddəti İsveçrədə 18 il, Yaponiyada 17 il, Fransada isə 16 ildir. 

Rəsmi açıqlamalara görə, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub.

pensiya

Pensiya sahəsində digər bir problem, Azərbaycanda vəfat edənlərin 30,72 faizi pensiya yaşına (60 yaşa) çatmamış dünyasını dəyişməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə bu göstərici kişilər arasında 38,27 faiz, qadınlar arasında 22,11 faiz, kənd yerlərində 27,41 faiz,  şəhərdə 33,47 faiz olub.

Hesablamalar göstərir ki, pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-i təqaüd almadan dünyasını dəyişəcək”.

49841054_10216107297906950_5355471463858044928_n






Xəbərin oxunma sayı : 826




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap