Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Məşhur argentinalı futbolçu Bakıya gələcək - UEFA-nın ulduz səfiri qismində

Tarix 21.12.18, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 23-də Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində məşhur argentinalı futbolçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Bakıya gələcək.

AzFakt.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bazar günü saat 12:00-13:00-da UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan "İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil olunacaq.

Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Saat 13:00-da isə muzeydə Argentina yığmasının heyətində 64 oyuna 35 qol vuran E.Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək.

UEFA Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, E.Krespo futbolçu karyerası ərzində vətənində "River Pleyt”, İtaliyada "Parma”, "Latsio”, "Milan”, "İnter”, "Cenoa” və İngiltərənin "Çelsi” komandalarının formasını geyinib. O, indiyədək "Parma”nın gənclər və "Modena”nın əsas komandasına rəhbərlik edib. 43 yaşlı mütəxəssis "Banfild”in baş məşqçisi qismində işlə başlayacaq.

 



Xəbərin oxunma sayı : 127




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap