Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məşhur iş adamı "Range-Rover"lə 4 nəfəri öldürən kürəkənindən danışdı: "Qəzadı da olub..."

Tarix 15.06.21, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Novxanı-Sumqayıt yolunda "Qurtuluş 93” yaşayış kompleksinin sahibi, Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin "Range-Rover" markalı maşınla ağır qəza törətməsi nəticəsində dörd nəfər vəfat edib, özü isə həbs olunub.

AzFakt.com Manset.az-a istinadən xəbər verir ki, baş verən dəhşətli qəza ilə bağlı açıqlama verən məşhur iş adamı, Elşad Kərbalayevin qayınatası Məhərrəm Novruzov hadisə haqda və kürkəni Elşad Kərbalayevlə bağlı sualları cavablandırıb:

- Məlum qəza ilə bağlı nə deyə bilərsiz?

- Hələ ki, heç nə bilmirik. Heç maşını kim sürüb, necə sürüb, onu da bilmirik. Allahın işidi, qəzadı da olub...

- Daxili İşlər Nazirliyi kürəkəninizin həbsi ilə bağlı məlumat yayıb. İstintaqın gedişindən gözləntiniz nədir?

- Qanun hamı üçündür. Təbi ki, qanun qarşısında hamı cavab verməlidir.

- Kürəkəninizin içkili maşın sürüb?

- O ümumiyyətlə içən adam deyil. Bunu bütün dostları, iş kollektivi, ərafındakı adamlar bilir. Maşını da özü idarə etmirdi. Nə cür baş verib, başa düşə bilmirəm. Allahın işidi, qəzadı da olub. Gərək olmayaydı, olub. Heç kəs belə hadisələrdən siğortalanmayıb. 

- Qəzadan sonra Elşad Kərbalayev qaçıb?

- Heç hara da qaçmayıb. Elə söhbətlər yalandır. Təcili yardım da çağırıblar. Elə evləri də ordadı. Çıxıb evlərinə getmək istəyirmiş, qısa məsafədə belə olub.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi nəticəsində M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.



Xəbərin oxunma sayı : 817




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap