“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məşhur restoranda parkinq biabırçılığı: Müştəridən 40 manat ödəniş alınıb

Tarix 03.08.25, 11:10

Font ölçüsü : - / +
bitmap-img6


Məşhur “Lampare” restoranında müştəriləri narazı salan vəziyyət yaranıb.

Musavat.com xəbər verir ki, Salyan şossesi, Şıxov çimərliyi ərazisində yerləşən lüks restorana gələn müştərilər parkinq üçün böyük məbləğ ödəməlidir.

Maraqlıdır ki, parkinq ödənişi müştərilərə restorandan təqdim edilən ümumi ödəniş qəbzlərinə əlavə edilir. Bu isə müştərilərin narazılığına səbəb olub.

Həmin müştərilərdən biri restorana ödənilən hesabı paylaşaraq buna etirazını bildirib. Belə ki, restorana gələn müştərilər 500 manatdan çox hesab ödəyiblər. 10 faiz (54 manat) də əlavə olaraq servis haqqı ödəyən müştərilərdən 4 maşına görə 40 manat da parkinq ödənişi alınıb.

Bu məsələ sosial şəbəkədə də birmənalı qarşılanmayıb. Restorana gələn, obyektə kifayət qədər xeyir verən, 2 porsiya pendirə 70 manat, çörəyə isə 15 manat ödəniş edən 40 manat parkinqə niyə ödəməlidir?

Əlbəttə iradlar haqlıdır. Servis xidmətinə 54 manat alındığını da nəzərə alsaq, müştəridən 40 manat parkinq pulu almaq isə sözün əsl mənasında biabırçılıqdır…




Xəbərin oxunma sayı : 697




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap