Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məşhur türk şirkəti “Mərcansoy” da saxta ev biznesi ilə məşğuldur?

Tarix 18.09.18, 14:27

Font ölçüsü : - / +
bitmap-img6


İddiaya görə “Mərcansoy” şirkətinin saxta mənzil alverinə Türkiyə vətənaşı olan bir şəxs rəhbərlik edir 

Yaxın günlərdə dələduzluğa məruz qalan vətəndaşların şikayətinə əsasən hüquq-mühafizə orqanlarında “Mərcansoy” şirkəti ilə bağlı araşdırılmalara başlanıla bilər.

Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərinin əksəriyətinin saxta ev biznesi ilə məşğul olması barədə ölkə mətbuatında mütəmadi olaraq məlumatlar yer alır. Söhbət təbi ki, işbazların bir mənzili bir neçə adama satmasından gedir. 

Qeyd edək ki, son illər məhkəmələrdə dəludzluğa məruz qalıb aldadılan vətəndaşların şikayətlərin əsasında onlarla fırıldaqçı şirkətlər barədə cinayət işi açılıb, həbs olunanlar var. Ancaq sərt cəzaların verilməsinə baxmayaraq yenə də bir çox şirkətlər bir mənzili bir neçə vətəndaşa satmaqda davam edirlər.  

Belə şirkətlərdən biridə Türkiyədən ölkəmizə gələrək burada bina tikinti biznesi ilə məşğul olan “Mərcansoy” şirkətidir. 

AzFakt.com-a daxil olan şikayətə görə “Mərcansoy” şirkəti Bakının Xətai rayonu ərazisində STS şirkətinin tikdiyi binalardakı mənzil satışında saxtakarlığa yol verərək vətəndaşlarımızı aldadır. Şikatətçilər bildirlər ki, “Mərcansoy” şirkəti saxta mənzil satışını bu yaxınlarda həbs edilən lakin sonradan azadlığa çıxan Sahib İbrahimovla birlikdə həyata keçirir. Xatırladaq ki, Sahib İbrahimov Diasporla İş Dşvlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun və adı bir çox dələduzluq qalmaqalında keçən Hacı İbrahimin qardaşıdır. 

STS şirkətinin binasından mənzil alan şəxsin bildirdiyinə görə “Mərcansoy” şirkətinin saxta mənzil alverinə Türkiyə vətəndaşı olan bir şəxs rəhbərlik edir. Məhz bu şəxs bəzi maklerlərlə əlbir olaraq mənzillərə alıcı tapır, pulunun bir hissəsini aldıqdan sonra eyni mənzili başqa bir vətəndaşa satır. 

Aldadıldığını görən vətəndaşlar pulunu geri almaq istəyərkən ona yenidən başqa bir mənzil təklif edilərək vaxt uzadılır. Məlumata görə yaxın günlərdə bu cür problemlə üzləşən vətəndaşlarımız "Mərcansoy" şirkəti ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklər.

Qeyd edək ki “Mərcansoy” şirkəti Türkiyədə əsasən qida, sənaye və tikinti sahəsində fəaliyyət göstərir.

Bu şirkətin sahibi olan Mərcansoy ailəsinin adı bir vaxtlar FETO şəbəkəsi ilə hallanıb.

“Mərcansoy” şirkəti ile ilgili görsel sonucu
Mövlanə Əli Mərcansoy

Azərbaycan və Türkiyə mediasında yerləşdirilən məlumatlarda qeyd edilir ki, “Mərcansoy” şirkətinin qurucusu Həsən Mərcan 90-ci illərdən FETÖ ilə ciddi bağlantısı olan bir şəxs olub. 
Hələ Nəcməddin Ərbakanın  “Rifah” partiyasına maddi  və  siyasi dəstək verən Həsən Mərcanla qardaşı Mövlanə Əli Mərcansoy  o zamanlar  hər yerdə  Fətullah Güləni təbliğ ediblər. Ancaq Həsən Mərcansoy siyasi işləri buraxaraq  ticarət və biznes sahələrinə girişdiyi üçün FETO ilə bağlantılar Mövlanə Əli Mərcansoy  həyata keçirtməyə başlayıb. Siyasətə baş vuran Mövlanə Əli Mərcansoy  bir müddət sonra hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  komandasında yer almışdı. Həmin vaxt Ərdoğan İstanbul Bələdiyyə sədri , Mövlanə Əli Mərcansoyda bələdiyyə məclisinin üzvülərindən biri seçilmişdi. 

Türk mediasının iddiasına görə Mövlanə Əli Mərcansoyun məhz FETO-nun göstərişi ilə Ərdoğan komandasına yer aldığı və Bələdiyə məclis üzvülüyünədə FETÖ-nun bir başa dəstəyi ilə düşdüyü bildirilir. Rəcəb Tayyib Ərdoğanın həbs edilməsindən sonra isə Mövlanə Əli Mərcansoy da FETÖ-nun tapşırığı ilə siyasətdən çəkilərək yenidən iş dünyasına qayıtdı. AKP hakimiyyəti dönəmində FETO-nun maddi və siyasi dəstəyi ilə güclənən, inkşaf edən “Mərcansoy” Şirkətlər Qrupu artıq xarici ölkələrədə sərmaye qoymağa başladı.  Azərbaycanada FETÖ-nun tapşırığı və “xeyir duası” ilə yerləşən “Mərcansoy” Şirkətlər Qrupunun İdarə heyyətinin üzvü Mövlanə Əli Mərcansoyun burada işləri istədiyi kimi getməyib.
 
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AzFakt.com




Xəbərin oxunma sayı : 916




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap