Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Mədət Quliyev: “DTX əməkdaşları İraqda azərbaycanlıların qətllərini araşdırır“

Tarix 24.09.17, 18:34

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanda da xeyli sayda terrora cəhd hazırlığı görənlər olub".

AzFakt.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

Onun sözlərinə görə, onlar da DTX-nın əməkdaşları tərəfindən zərərsizləşdirilib: “Azərbaycanın hüquq-mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirərək bu kimi cəhdlərin qarşını vaxtında ala bilirlər".

M.Quliyev qeyd edib ki, hərbi qulluqçuların dövlətə xəyanət etməsi ilə bağlı görülən işlər məxfi olduğuna görə ətraflı məlumat vermək düzgün deyil: "Bu istiqamətdə hər zaman işlər görülür. Təbii ki, bir sıra dövlətlər bu kimi yırtıcı cəsusları işlədir. Dövlətin hüquq-mühafizə orqanları bununla mübarizə aparır".

DTX rəisi bildirib ki, İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib: "Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir".

M.Quliyev onu da deyib ki, Azərbaycan İŞİD terror təşkilatına qoşularaq ölən vətəndaşların övladlarının geri qaytarılması üçün iş aparır: “Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir".

O həmçinin, son 5 il ərzində 900-ə yaxın azərbaycanlının İŞİD-ə qoşulduğunu, onlardan 85-nin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını, 195 nəfərinin Azərbaycan vətəndaşlığından çıxarıldığını, bir çoxunun isə döyüş zamanı öldüyünü bildirib.



Xəbərin oxunma sayı : 505




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap