Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Medvedevin 100 milyon dollarlıq yaxtası üzə çıxdı: Pulu bu milyarder ödəyib

Tarix 23.09.22, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev təkcə müharibənin qızğın tərəfdarı deyil, həm də gözəl həyatın, xüsusən də su üzərində bahalı gəzintilərin həvəskarıdır. O, əgər əvvəllər bu məqsədlər üçün "Fotiniya" yaxtasından istifadə edirdisə (onu Aleksey Navalnı üzə çıxarmışdı), indi artıq "Kainat"la dəniz səfasına çıxır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sensasion informasiya rusiyalı müxalifətçi Aleksey Navalnıya yaxın olduğu bilinən "Proyekt media" adlı araşdırma təşkilatının yeni hesabatında yayılıb.

"Kainat" (rusca adı "Vselennaya") 74 metrlik uzunluğunda, dəyəri 100 milyon dollar olan yaxtadır. Gəmidə helikopter meydançası, Medvedevin şəxsi kabineti və xüsusi rabitə vasitələri var. Rusiyanın ərazi sularında "Kainat"ı tez-tez hərbi dəniz qüvvələrinin gəmiləri müşayiət edir.

"Kainat" Niderlandın "Damen Yachting" bürosu tərəfindən 2018-ci ildə inşa olunub və həmin vaxt onun əsl sahibi gizlədilib. Gəmi sonradan "Southerner Ltd" tərəfindən Kayman adalarında qeydiyyata alınıb.

Yaxtanın alınması üçün pulu Dmitri Medvedevə yaxın olduğu bilinən milyarder İqor Yusufovun ailəsi ödəyib. Yusufova yaxın qaynaqların bildirdiyinə görə, yaxtadan Medvedev istifadə edir.

Yaxtanın Rusiyanın keçmiş prezidenti ilə sıx bağlı olması faktını Bosfor boğazından keçən gəmiləri izləyən türkiyəli bloger Yörük İşık da yazıb. Gəmi hazırda Soçi marinasında mühafizə altında saxlanılır.

Qışda "Kainat" İtaliyada yan alıbmış. Lakin Ukraynada müharibə başlayandan az sonra - martın 2-dən gəmi İtaliya sularını tərk edib.

Yaxtadan təkcə Medvedev deyil, həm də oğlu İlya fəal şəkildə istifadə edir. Ölkədə koronavirus epidemiyasının tüğyan etdiyi 2020-ci ilin yayında İlya İqor Yusufovun oğlu Maksimlə məhz bu gəminin göyərtəsində dincəlib.



Xəbərin oxunma sayı : 502




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap