Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məhkəmə icraçıları 10 yaşlı qızcığaza işgəncə verir - Video

Tarix 07.01.17, 4:45

Font ölçüsü : - / +
bitmap-img6


Youtube-da və sosial şəbəkələrdə ürək parçalayan video yayılıb. Məhkəmə icraçıları məhkəmə qətnaməsi icra etmək adı altında 10 yaşlı uşağa rəsmən işgəncə verirlər.
 
Videonu yayanlar qeyd edir ki, hadisə Qubada baş verib. Məhkəmə qətnaməsi olsa belə, bir körpənin bu şəkildə - bağırdaraq anasından alınması heç bir ölçüyə sığmır.  Üstəlik, uşaq anasından ayrılmaq istəmədiyi halda, onun atasına verilməsinə dair qətnamə çıxarılması da qanunsuz hesab edilir.  

Hüquqşünaslar bunu qanunazidd adlandırır. 

Nuray Bayramzadənin prezident İlham Əliyevə etdiyi müraciəti ciddi müzakirlərə səbəb olmuşdu.

Müraciətdə azyaşlı Nuray qeyd edirdi ki, ona bu günə kimi atalıq etməyən "bioloji atası”ndan imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Qızcığaz açıq şəkildə bu günə kimi nə ona nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxmayan "bioloji ata”sını qəbul etmədiyini bildirirdi.

Lakin Azərbaycandakı məhkəmə hakimləri, məhkəmə icraçıları 10 yaşlı Nuray Bayramzadəni "bioloji atası”na, "belindən gəldiyi kişiyə” qaytarmaq üçün hansısa hakimin nəyinsə müqabilində verdiyi qanunsuz qərarın icrasına start verib. Bu zaman isə uşağa zor tətbiq edilib, azyaşlını psixoloji təzyiqə məruz qoyub, uşağın gələcək həyatını sual altına alıblar. Hazırda baş verənlərdən sarsılan 10 yaşlı Nuray Bayramzadə həkim nəzarəti altındadır və sayaqlamalarla müşahidə olunan həyəcanlar keçirir.

Uşağın heç bir rəyi soruşulmadan məhkəmə hakiminin verdiyi qərar qanunlarla tənzimlənmir. 10 yaşlı uşağı bu günə kimi atalıq etməyən, videogörüntülərdən də göründüyü kimi psixoloji və tərbiyəvi durumu yerində olmayan bir "ata”nın himayəsinə zorla vermək nə qədər qanunlarla sığan addımdır. 10 yaşlı uşağın hüquqlarını, gələcəyini nəyinsə müqabilində məhv etmək nə qədər doğrudur?

Məhkəmə icraçılarının da olduğu video görüntülər əsl biabırçılıqdır. Azyaşlı uşağa bu formalı təzyiqlərə görə, heç kim məsuliyyət daşımaq istəmir.

Belə halları, ölkə başçısı İlham Əliyev, uşaqların müdafiəçisi olan birinci xanım Mehriban Əliyeva və Ədliyyə naziri cənab Fikrət Məmmədovun da görməsi vacibdir… Bəlkə bundan sonra 10 yaşlı Nurayı sakit buraxarlar.

Videogörüntülərdən hər şey aydın görünür…







Xəbərin oxunma sayı : 2227




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap