Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məhkəmə Mehman Əliyevin həbsini qanunsuz saymadı - Son Xəbər

Tarix 12.09.17, 15:26

Font ölçüsü : - / +
bitmap-img6


Dünən azadlığa buraxılan "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin növbəti məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Mehman Əliyev azadlığa buraxılandan az sonra Bakı Apellyasiya Məhkəməsində onun həbsinin qanunsuz sayılması haqda şikayətə baxılıb.

Bildirək ki, M.Əliyev bu il avqust ayının 24-də şübhəli şəxs qismində saxlanılıb.

Mehman Əliyevin vəkilləri bu qərarı Yasamal Rayon Məhkəməsində mübahisələndiriblər.

Vəkillər qərarın qanunsuz sayılmasını istəyib. Amma məhkəmə şikayəti təmin etməyib. Apellyasiya şikayəti də həmin məhkəmə qərarından verilib.

Şikayət üzrə məhkəmə prosesi qapalı keçirilib.

Mehman Əliyevin vəkili Fariz Namazlı bildirib ki, məhkəmədə Vüsal adlı müstəntiq tutma qərarının qanuni və əsaslı olduğunu deyib.

Vəkil isə məhkəmədə deyib ki, əksinə, Mehman Əliyevin tutulması üçün heç bir əsas olmayıb.

"Mehman Əliyev tutulmamışdan əvvəl vergi orqanının çağırışlarına heç bir problem yaratmadan gəlib. Daimi yaşadığı ünvan, iş yeri bəllidir. Kifayət qədər ictimai nüfuzu olan adamdır. Onun istintaqdan yayınacağını düşünmək üçün heç bir əsas yoxdur. İstintaq orqanının Mehman Əliyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə müraciət etməsi, onun həbsdən buraxılması da şübhəli şəxs qismində tutma qərarının qanunsuzluğunu göstərir" - deyə vəkil bildirib.

Hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiya apellyasiya şikayətini təmin etməyib.

Vəkil məhkəmədən sonra deyib ki, Mehman Əliyevin şübhəli şəxs qismində tutulmasından Avropa Məhkəməsinə şikayət göndərəcəklər.



Xəbərin oxunma sayı : 283




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap