Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Məhkəmə Ronaldo ilə bağlı qərar verdi: 23 ay həbs və 18,8 milyon cərimə

Tarix 22.01.19, 19:58

Font ölçüsü : - / +
bitmap-img6


Madrid Məhkəməsi Kriştiano Ronaldo barəsində qərar verib.

Fanat.Az xəbər verir ki, vergilərdən yayınma ilə bağlı ittihamları qəbul edən ulduz futbolçu 4 ayrı vergi cinayətinə görə 18,8 milyon avro cərimə olunub. Ronaldoya həmçinin 23 aylıq şərti həbs cəzası kəsilib. O, yenidən cinayət törətməyəcəyi halda həbsxanada yatmayacaq.

Ronaldo və ailə üzvləri məhkəmədə iştirak edib. Ulduz futbolçunun məhkəmə binasına daxil olarkən gülümsəməsi diqqəti çəkib. Polis onun üçün xüsusi təhlükəsizlik koridoru yaradıb.

Futbolçunun vəkili onun jurnalistlərdən yayınmaq üçün binaya məhkəmənin qarajından istifadə edərək daxil olması barədə vəsatət təqdim edib. Lakin məhkəmə sədri Xuan Pablo Qonzales heç kim üçün xüsusi prosedur tətbiq olunmayacağını bildirib.

Qeyd edək ki, 2009-2018-ci illərdə "Real"da çıxış edən və ötən yay "Yuventus"a transfer olunan Ronaldo imic haqqlarından əldə etdiyi gəlirləri offşor hesablarda saxladığı üzə çıxmışdı. 

İspaniyada indiyədək vergidən yayınmaya görə futbolçulardan Xavyer Maskerano, Radamel Falkao, Marselo, Angel Di Mariya, Luka Modriç, Lionel Messi və baş məşqçi Joze Mourinyo cərimə edilib. 
 
















Xəbərin oxunma sayı : 313




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap