Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Məhkəmədə baş redaktora məğlub olan şirkət görün nələrə əl atıb - “Sirena“ MMC-nin özbaşınalığı

Tarix 16.07.19, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


Çin istehsalı olan Changan, Baic və GAC avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan “Sirena Motors” MMC-nin müştərilərlə hesablaşmalarında ilkin ödənişi edilmiş, hətta qiymətinin yarıdan çoxu ödənilmiş maşınları belə cüzi borc, gecikmə bəhanələriylə ədalətlilik prinsiplərini pozaraq müştərilərin əlindən almağa çalışması, təmirə qəbul etdiyi hallarda girov saxlayıb geri qaytarmaq istəməməsi, hətta hüquq müstəvisində müştərilərə qarşı iddialarının təmin edilmədiyi, avtomobilin cavabdehdən alınmasının qanunamüvafiq və ədalətli hesab edilmədiyi hallarda belə məhkəmə qərarlarını icra etməyə tələsməməsi ölkəmizdə çox vətəndaşı ahəstə intihar həddinə gətirib. Artıq aksiomdur ki, bu şirkətin məqsədi avtomobili öz adına keçirəcəyi, ona yiyələnəcəyi günün uzaqda olmadını düşünən müştəridən mümkün olacaq qədər çox para qoparmaq, üzərinə əlavə faizlər yükləyərək borc altından çıxmasını mümkünsüz edib avtomobili əlindən almaqdır ki, bu halın da tendensiya xarakteri alması cəmiyyətimizdə narazıçılıq doğurur.



Mehmet Çoşkun “Sirena” MMC-nin qanuni nümayəndəsi. Müştərilərn başına olmazın oyunlarını açan şəxs

Məhkəmə müstəvisində nümayəndəlik institutunun ləğv edilməsi və bunun nəticəsi olaraq vəkillik xidmətinin qiymətinin artması vətəndaşları adı çəkilən şirkətlə mübarizədə aciz duruma salıb və müflis olan insanların çoxu daha dərin bataqlığa düşməmək üçün ziyanın yarısından da geri qayıtmağa üstünlük verərək, mübarizələrini dayandırıblar.

Amma “Sirena Motors” MMC kimi nəhəng ilə çəkişməyə gücü çatan az sayda şəxslər vardır ki, onların əzmi, qətiyyəti başqalarına da nümunə olmalı, ümumiyyətlə, bu tipli çəkişmələrin məhkəmə təcrübəsində presendent kimi qəbul edilməlidir. Həmin şəxslərdən biri də saytımızın baş redaktoru Ramin Məhəmmədoğludur. Şirkətlə onun arasındakı mübahisə de-yure bitib. Amma ətalət qüvvəsi ilə de-fakto davam edir.


Ramin Məhəmmədoğlu 

Xatırladaq ki, jurnalist 2014-cü ildə adı çəkilən şirkətdən 25.678 manata götürdüyü minik avtomobilinin qiymətinin 2017-ci ilin iyul ayına kimi 23.561 manatını ödəyib və cəmi 2400 manat borclu qalıb. Amma şirkət ona qarşı 8500 manat borc iddiası qaldıraraq məhkəmə davası açıb. İşin məhkəmə masasına çıxarılmasına baxmayaraq, şirkət cavabdehin borcunun üzərinə hər gecikdirilən gün üçün əlavə 6 manat pul tələbi ortaya qoyub. Nəsimi rayon məhkəməsi 02.07.2018-ci il tarixli qətnaməsi ilə iddianı təmin edib. Birinci instansiya məhkəməsi avtomobilin qiymətinin çox hissəsinin ödənilməsini nəzərə almayıb. Qətnamə ilə razılaşmayan cavabdehin müraciət etdiyi Bakı Apellyasiya Məhkəməsi iddianın cavabdehdən artıq tələb olunan pulla bağlı hissəsini təmin etməyib. Şirkətin hüquqşünası Pərvanə Hacıyeva məhkəmədə cavabdehin daha əvvəl ödəmiş olduğu pulları da danmağa cəhd edib və şirkətin avtomobilin geri qaytarılması tələbini müdafiə edib. Lakin, R.Məhəmmədoğlunun əlində ödəniş qəbzləri vardı, müraciət etdiyi növbəti instansiya – Ali Məhkəmənin Mülki Kollegiyası işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytardı və yekun nəticədə avtomobilin cavabdehdən alınması qanunamüvafiq və ədalətli hesab edilmədi.

Bundan sonra, şirkət əlində öz xeyrinə məhkəmə qərarı olan az borclu müştərisi Ramin Qurbanova yol vərəqəsi vermədiyi üçün idarə etdiyi avtomobil yol polisi tərəfindən saxlanılaraq, duracağa götürülmüşdü. Sonra da “xəbəri duyan” şirkət əməkdaşları mülkiyyət hüququndan istifadə edərək avtomobili götürüb aparmışdılar.

Bunun ardından R.Qurbanovun müraciəti əsasında məhkəmə 8 iyul 2019-cu il tarixdə avtomobilin şirkətə məxsus xüsusi dayanacaqdan götürülməsi və R.Qurbanova qaytarılması və “Sirena Motors” MMC-nin avtomobillə bağlı mülkiyyətçi kimi hərəkətinə qadağan olunması haqda qərar çıxarır. 11 iyul 2019-cu il tarixdə R.Qurbanov Abşeron  rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ilə birgə “Sirena Motors” MMC-nin xüsusi dayanacağına, avtomobili götürməyə gedirlər. Avtomobilə baxış keçirərkən aşkarlanır ki, duracağa aparılarkən işlək vəziyyətdə olmuş avtomobilin üstündən mühərriki, sürət qutusu və başqa ehtiyat hissələr çıxarılıb. Avtomobilin vəziyyəti aktlaşdırılır, R.Məhəmmədoğlu  maşını götürməkdən imtina edir. Məlum olur ki, “Sirena Motors” MMC məhkəmədə son nəticədə qalib gələcəyinə o qədər inanırmış ki, mübahisə predmeti olan əmlakla istədiyi kimi rəftar etmişdir. Bununla da soyğunçu şirkətlə bağlı daha müdhiş bir həqiqət də ortaya çıxmışdır: “Sirena Motors” məhkəmə müstəvisində uduzduğu avtomobili “çolaq” edir, dəyərinin 90 faizini təşkil edən mühərrik və sürət qutusu kimi vacib hissələrini oğurlayır.

Jurnalistin bu işi ədalətli sonuca yetirmək üçün atdığı növbəti addım şirkətin hüquqi ünvanı üzrə Yasamal rayon məhkəməsinə müraciət etmək olub. Gözlənilən budur ki, məhkəmə şirkətin üzərinə R.Qurbanovun iddia tələbini təmin etmə öhdəliyi qoyacaq və çox güman zəmanət kimi şirkətə məxsus, satışa çıxarılan eyni qiymətli avtomobillərin birinin üzərinə həbs qoyulacaq.






Xəbərin oxunma sayı : 301




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap