Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məktəb direktorlarına və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq – Davamiyyətlə bağlı

Tarix 12.12.19, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


“Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq”.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün təhsil sahəsində narahatedici əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur: “Bu müzakirələr zamanı şagirdlərin dərsə davamiyyəti də diqqətimizi çəkən aktual məsələlərdəndir. Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb. Bu gün həmin sistemdə oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük”.

M.Vəliyeva bildirib ki, mərkəzdə yerləşən məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir: “Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən, məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə xüsusən 10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın”.

Report



Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap