Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məktəbdə “Son zəng“ faciəsi: 17 yaşlı oğlan öldürüldü

Tarix 28.05.17, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


Dünən Masallı rayonu, Boradigah qəsəbəsi, Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə baş vermiş ölüm hadisəsinin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə orta məktəbdə şagirdlərin "Son zəng" tədbirinə hazırlıq görməsi zamanı baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğlu məktəbi 9-cu sinifdən bitirsə də "Son zəng" tədbirinə hazırlıq məqsədi ilə sinif yoldaşlarının yanına gəlib. Məktəbdə şagirdlər arasında olarkən onunla orta məktəbi keçən il bitirmiş Həsənağa Həsənov arasında münaqişə yaranıb. Münaqişə zəminində H.Həsənov Kənanı vurub və 17 yaşlı oğlan yerə yıxılıb. Bu zaman o, huşunu itirib və başından aldığı ağır xəsarət nəticəsində vəfat edib.

Artıq 17 yaşlı Kənan bu gün qəsəbə məzarlığında dəfn edilib. Maraqlıdır ki, dalaşan gənclər uzaq qohumdurlar. Onların babaları dayıoğlu-bibioğludur. H.Həsənov artıq saxlanılıb.

Qeyd edək ki, Kənan ailənin iki oğlundan böyüyü olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*   *   *

Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib.

"Report"un məlumatına görə, dava Kənan və Həsənağa adlı məktəblilər arasında düşüb.

Nəticədə Kənan gicgah nahiyəsində aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.



Xəbərin oxunma sayı : 217




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap