Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məktəblərdə işləyən psixoloqların maaşı artacaq:“Ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyac var“

Tarix 12.12.19, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


“Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əmək haqqının artımı məsələsi də tərəfimizdən müzakirə olunan vacib məslələrdən olacaq”.

Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək: “Diaqnostik qiymətləndirmədə, təxminən, 3 minə yaxın psixoloqun istirakını arzu edərdik. Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, bizim artıq ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyacımız var. Ümumi sistemdə 2 mindən artıq psixoloq fəaliyyət göstərir və hazırki diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir”.

Qeyd edək ki, dekabrın 24-dən 28-dək dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq.

Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.




Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap