Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məlahət Abbasova Röya ilə qalmaqalı haqda: “O pullara heyfim gəlir“

Tarix 23.04.17, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


"Mən nəsə deyəndə, kimlərinsə xətrinə dəyir. Orada tanınmaq çətindir. Oranın şou-biznesinin öz qanunları var. Şahidi olmuşam, deyirlər, bizdə məşhurlaşmayacaqlar".

Axşam.az-ın məlumatına görə, bu sözləri Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova "Lider maqazin"ə açıqlamasında deyib. 

Aktrisa əməkdar artist Röya Ayxanla yaşadığı qalmaqaldan danışıb:

"Kiminsə proqramına getmək üçün nə qədər pul tökürlər. O pullara heyfim gəlir. Mən ona heç bir şey demədim. Mənim iradım Beyaza idi. Yazdım ki, Azərbaycan ulduzu, Rihannası, Madonnası deyirsən, amma gətirib bir mahnı oxutdurursan. Bu, Azərbaycan sənətçisinə edilən ən böyük mədəniyyətsizlikdir. Əvvəl bir müğənni qatılanda qulağımla eşitdim ki, demişdi: Azərbaycan müğənnilərini qapıdan qovursan, bacadan gəlirlər. Müğənnilərimizə deyirəm ki, ağırlıqlarını qorusunlar. Onda hamını onlar özləri çağıracaqlar. Onların ulduzları bizdə tanınır, böyük qonorar alırlar. Bizimkilər isə orada qazanmırlar. Niyə gedib orada tanınmağa çalışırlar? Ən gözəl dəyəri bizimkilər verir. Ən böyük qonorarı da bizim biznesmenlər ödəyir".

Xatırladaq ki, M.Abbasova R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı.

Röya isə cavabında aktrisa haqda bu fikirləri bildirmişdi:

"50 ildir gedib Türkiyədə oturan biri hələ heç bir iş görməyib, İnstaqramda haqqımda nələrsə yazıb. Əlində süpürgə tutmaqdan başqa heç nə görmədim. Sən özün kimsən, sənə nə hörmət qoydular ki, mənim adımı çəkirsən? Get süpürgəni al əlinə, yağış yağanda pəncərəni silərsən. Yaşca məndən böyükdür, ağıllı olsun. Türkiyədə tapmayım onu. Cavabını verməliydim, qarabağlıyam, yoxsa ürəyim partlayardı".



Xəbərin oxunma sayı : 118




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap