Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Məleykə Abbaszadədən 680-700 bal toplayan abituryentlərə XƏBƏRDARLIQ

Tarix 26.05.17, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


Yazda keçirilən qəbul imtahanında iştirak etmiş 65 min abituriyentin 53 mini (80%) yay imtahanına qatılmaq üçün yenidən qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, ilk imtahanda aşağı nəticə göstərənlərin növbəti imtahanlarda iştirak etmək istəmədiyi müşahidə olunur. Yuxarı nəticə göstərən abituriyentlər isə yay imtahanında iştirak etmək istəyir: “Yaz imtahanlarında I qrup üzrə 680-700 bal toplamış 47 nəfərdən 28-i, II qrup üzrə 11 nəfərdən 8-i, III qrup üzrə 16 nəfərdən 12-si, IV qrup üzrə 19 nəfərdən 12-si yay imtahanında iştirak edəcək. Onlar şəxsi rekordlarını yeniləmək istəyirlərsə, bu, yaxşıdır. Ancaq məqsədləri digər abituriyentlərə, dostlarına kömək etməkdirsə, bilsinlər ki, yay imtahanında hansısa qanun pozuntusuna yol verəcək abituriyentin ilk imtahanda göstərdiyi nəticə ləğv olunacaq”.

M. Abbaszadə bu ildən bütün imtahan zallarında saatların quraşdırılacağını bildirib: “Saatlar arasında yaranan fərqi aradan götürmək üçün hər bir zalda elektron saatın olması nəzərdə tutulub. İndi müəyyən maliyyə imkanlarımız var. Hər bir imtahan zalında quraşdırılan saat hesabına abituriyentlər vaxtı izləyə biləcəklər”.



Xəbərin oxunma sayı : 265




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap