Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Məmməd Əmin Rəsulzadənin unikal səs yazısı yayımlandı – AUDİO

Tarix 28.05.18, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


ANS şirkətlər qrupunun əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadənin bu günə qədər naməlum olan audioyazılarını aşkar və bərpa ediblər.

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin virtualaz.org-a verdiyi məlumata əsasən, ötən ilin sonlarından şirkət AXC-nin tarixindəki “ağ ləkələr”ə aydınlıq gətirmək məqsədilə bu layihəni həyata keçirməyə başlayıb.

“İlk növbədə, biz Rəsulzadənin həyatı boyunca müxtəlif illərdə olduğu coğrafiyanı tədqiq etdik. Finlandiyanın, Polşanın, Türkiyənin müvafiq strukturlarına müraciət edərək, AXC-nin banisinin fotoşəkillərinin, yazılarının tapılmasında yardımçı olmalarını xahiş etdik. Bu məqsədlə BBC, “Deutsche Welle”, “Amerikanın Səsi”ndəki həmkarlarımızla əlaqə saxladıq.

Tədqiqatlarımızın nəticəsi olaraq, Rəsulzadənin 1953-cü ildəki çıxışlarının unikal audioyazıları aşkar olundu. “Amerikanın Səsi”nin redaksiyası bizə onları tam təmənnasız olaraq təqdim etdi. Lentlər çox pis vəziyyətdə idilər və inanmaq olmurdu ki, onları bərpa etmək mümkündür. Lakin ən müasir avadanlıqla təchiz edilmiş “BalANS” milli animasiya studiyasının mütəxəssislərinin səyləri nəticəsində mümkün olmayanı etmək mümkün oldu. Beləliklə, biz M.Ə.Rəsulzadənin “Amerikanın Səsi”nə verdiyi iki müsahibəni bərpa etdik. Bunlardan biri bilavasitə AXC-nin fəaliyyəti, digəri isə Stalindən sonrakı dövrdə SSRİ-nin fəaliyyətinin analizi ilə bağlıdır. Biz bu materialların bərpası üzərində 3 ay işləmişik”, - ANS-in prezidenti bildirib.

V.Mustafayevə “Deutsche Welle”nin redaksiyasından bildirilib ki, indiyə kimi Azərbaycandan heç kim dahi liderin audiomüraciətini əldə etmək üçün müraciət etməyib.

V.Mustafayev əmindir ki, Azərbaycanda AXC-nin fəaliyyəti dövrü demokratiyanın təntənəsi dövrüdür.

“AXC-nin tarixini öyrənərkən əmin olmaq mümkündür ki, AXC-nin baniləri nümunələrini indiki dövrdə Avropa demokratiyalarında gördüyümüz demokratik dövlət yaratmağa müvəffəq olublar. Bu insanlar bu gün də ultramüasir olardılar və onların ötən əsrin əvvəllərində Şərqdə həyata keçirdikləri, sadəcə olaraq, fantastikadır. AXC-də demokratiyanın səviyyəsi elə yüksək idi ki, ona Avropanın hazırkı bir çox liberal ölkələri də həsəd apara bilərdilər”, - məşhur jurnalist qeyd edib.

V.Mustafayev şübhə etmir ki, AXC-nin baniləri Azərbaycanın öz müstəqil dövlətini bərpa etməsi, onun üçrəngli bayrağını yüksəltməsi, ölkənin himninin dünyanın bütün qitələrində səslənməsi ilə fəxr edə bilərdilər.

“Məmmədəmin Rəsulzadənin bir kərə yüksələn bayrağın bir daha enməyəcəyi ilə bağlı peyğəmbərcəsinə söylədikləri bugünkü Azərbaycan üçün də aktualdır. Şübhəsiz ki, Rəsulzadənin özü üçün də, tərəfdaşları üçün də müasir Azərbaycanın nailiyyətləri xüsusi fəxr mənbəyi olardı. Biz isə tədqiqatlarımızı davam etdirərək Şərqdə ilk demokratik respublikanın məhsuldar fəaliyyətinin yeni sübutlarını aşkar etməyə səy göstərəcəyik”, - V.Mustafayev vəd verib.






Xəbərin oxunma sayı : 1297




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap