Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Məmmədyarov Aİ ilə böyük sazişdən danışdı: “Bizim siyasətimiz “və ya“lara söykənmir“

Tarix 06.08.18, 22:38

Font ölçüsü : - / +
bitmap-img6


XİN başçısı: "Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və bizim xalqımızın, ümumilikdə regionun xeyrinə xidmət edəcək"

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında dialoq uzun müddətdir ki, bərabərhüquqlu və qarşılıqlı səmərəli şəkildə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Azərbaycan ilə Aİ arasında yeni sazişə dairə prosesin necə getməsi barədə sualı cavablandıran nazir bildirib ki, bu günlərdə Brüsseldə Aİ rəsmiləri ilə baş tutan görüşlər bu cür yanaşmanın doğru olduğunu göstərir: "Proses düzgün istiqamətdə davam edir və bu, iki bərabərhüquqlu tərəfdaş arasında "böyük sazişin" imzalanmasına gətirib çıxaracaq".

Azərbaycan ilə Avropa İttifaqı arasında vizasız rejim barədə danışan Məmmədyarov vurğulayıb ki, bu iki tərəfdaş arasında artıq sadələşdirilmiş viza rejimi mexanizmi mövcuddur: "Bu sahədə qarşılıqlı əlaqələr inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verəcək səviyyə çatacaq".

"Azərbaycanın xarici siyasət kursu "və ya-və ya" prinsipi əsasında deyil, balanslaşdırılmış, çoxvektorlu və inklüziv xarakter daşıyır. Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və bizim xalqımızın, ümumilikdə regionun xeyrinə xidmət edəcək" - deyə XİN başçısı əlavə edib.



Xəbərin oxunma sayı : 127




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap