Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məmmədyarov Brüsseldə avropalılara şərt qoydu:“Avropa İttifaqındakı tərəfdaşlarımız daha çox səy göstərməlidirlər“

Tarix 04.04.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


“Avropa İttifaqındakı tərəfdaşlarımız daha çox səy göstərməlidirlər”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxışı zamanı deyib.

“Biz həmçinin dialoqumuzun strateji əhəmiyyət kəsb edən məsələlərini də əhatə edəcəyik. Bu enerji və nəqliyyat ilə bağlı məsələlərdir. Bildiyiniz kimi, Azərbaycan regionda və kənarda bir sıra əlaqələndirmə layihələrinin təşəbbüskarı kimi çıxış edir. Bütün bunların məqsədi ticarət kanallarının şəbəkəsini yaratmaq və regionda siyasi və iqtisadi sabitlik və rifahı təmin etməkdir. Faktiki olaraq, biz nəqliyyat sahəsində Aİ ilə ayrıca dialoqa başlamışıq. Həmçinin biz vahid aviasiya üzrə saziş ilə bağlı danışıqlar aparırıq. Hökumət və sənaye sahəsindən olan tərəfdaşlarımızla birlikdə, biz enerji üzrə tamamilə yeni bir mənbədən – Azərbaycandan Aİ bazarına, onun sənayesinə və insanlarına daha çox təbii qazın çatdırılmasını mümkün edəcək Cənub Qaz Dəhlizinin tikintisini yekunlaşdırırıq. Azərbaycan bunu mümkün etdi. Aİ bazarını Azərbaycandan daha çox qaz alması üçün daha cəlbedici etmək istəyirsə, Aİ tərəfdaşlarımız daha çox səy göstərməlidir”, – deyə nazir qeyd edib/Report.



Xəbərin oxunma sayı : 124




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap