Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məmur övladlarının Azərbaycandan köçü: Yaqub Eyyubovun oğlu da xarici vətəndaşlıq aldı

Tarix 16.06.19, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda yüksək vəzifə sahiblərinin bir qisminin ailə üzvlərinin Avropa ölkələri və digər dövlətlərin vətəndaşlığı, yəni ikili vətəndaşlıqları var. 

AzFakt.com xəbər verir ki, onların böyük əksəriyyəti isə Azərbaycandan kənarda inestisiya, yaxud daşınmaz əmlak üzərindən müvəqqəti və ya daimi yaşamaq hüququ əldə ediblər. 

Bu haqda məlumat yayan jurnalist Cavanşir Həsənli qeyd edib ki, bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin Çexiyada şirkət açmaq üçün müvafiq orqanlara Türkiyə vətəndaşlığını təsdiq edən pasport təqdim etmişdi. 

Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun da Böyük Britaniya vətəndaşlığı aldığı üzə çıxıb. Belə ki, onun qeydiyyatdan keçirdiyi şirkətinin sənədlərində İngiltərə vətəndaşı olduğu göstərilir.

5 il əvvəl "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna edilmiş dəyişikliklərə görə Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Amma bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. Yəni bu müddətə qədər alınan ikinci vətəndaşlıq cinayət məsuliyyəti müəyyən etmir.

Qanunun bu müddəası əslində yüksək vəzifəli şəxslər və onların ailə üzvləri üçün nəzərdə tutulub. Bu hissə nəinki cinayət məsuliyyəti yaratmır, heç onların ikili vətəndaşlıq hüququnu da məhdudlaşdırmır. Yəni qanun biriləri üçün əl yeri qoyub.

Jurnalist yazır ki, bir çox ölkələr böyük həcmdə investisiya cəlb etməklə müvəqqəti yaşamaq hüququ verir. Məsələn, İngiltərədə müvvəqqəti yaşamaq icazəsi 1 milyon funtsterliq sərmayəyə başa gəlir. Bu ölkədə Azərbaycanın xeyli sayda məmurlarının ailə üzvləri bu imkandan yararlanıblar. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlunun (Taleh və Nicat Heydərovlar), Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cüma Əhmədzadənin və onun həyat yoldaşının, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun, qızı Sevinc Bağırovanın, həyat yoldaşı Liana Bağırovanın, bacısı Düriyyə Nuriyevanın, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və onun həyat yoldaşının, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri, Əməkdar Mühəndis Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin və digər çoxsaylı məmurların ailə üzvülərinin hər birinin bu ölkəyə yatırım yolu ilə əldə etdikləri müvəqqəti yaşamaq hüququ ən azından 1 milyon funt sterlinqə başa gəlib.








Xəbərin oxunma sayı : 448




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap