Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Məmurdan vətəndaşa “məsləhət“: “İmkanın yoxdur, uşağın məktəbə getməsin”

Tarix 19.04.19, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Qəzalı evdə yaşayan Göyçay rayonu Müskürlü kənd sakini 9 yaşlı sakinin anası işsiz olduğu üçün təhsil ala bilmir.

AzFakt.com xəbər verir ki, Bizimyol.info-ya müraciət edən Əliyeva Qənimət Valik qızı bildirib ki, qəzalı vəziyyətdə olan evinin təmir edilməsi və onun işlə təmin olunması üçün icra hakimiyyətinə dəfələrlə müraciət edib.

"Həyat yoldaşım Firdovsi Əliyev 1 il əvvəl Göyçay rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilib. Hazırda qəzalı vəziyyətdə olan evdə qorxu, həyacan içində övladımla yaşayırıq. Evimiz qəzalı olduğu üçün hər an uça bilər. Buna görə həyat və sağlamlığımız ciddi təhlükə altındadır. Maddi imkansızlıqdan qəzalı vəziyyətdə olan evimizi təmir etdirə bilmirik”,- deyə Q.Əliyeva bildirib.

O deyib ki, işsizlikdən əziyyət çəkdiyi üçün 3-cü sinifdə təhsil almalı olan oğlu dərsə gedə bilmir: "İşlə əlaqədar dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətində qəbulda olan zaman birinci müavin İkram Rəhimov mənə "imkanın yoxdur, uşağın məktəbə getməsin” dedi. Quhum-qonşuların köməyi ilə yaşayırıq. Əgər buna yaşamaq demək mümkündüsə. Elə olur ki, günlərlə quru çörəyə belə möhtac qalırıq. Hətda belə olanda kimdənsə çörək istəməyə utanırıq. Bizim yaşadığımız evi və vəziyyətimizi gəlib gözləri ilə görən olsa dəhşətə gələr”.

Qənimət Əliyeva deyib ki, mərkəzi və yerli icra hakimiyyətinə dəfələrlə müraiciət edərək qəzalı vəziyyətdə olan evinin təmir edilməsinə və onun işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib.



Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap