Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məmurlar prezidentin qarşısında niyə həyəcanlandı? - Video

Tarix 15.01.20, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 13-də Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bir çox iqtisadi göstəricilər müzakirə olunub.

Ölkə başçısı çıxış edən məmurların əksəriyyətinə öz iradlarını bildirərək, ayrı-ayrı sahələrdəki nöqsanları açıqlayıb və görülməli olan tədbirlərə dair tapşırıqlar verib.

Prezident müşavirədə Mərkəzi Bankın(MB) sədri Elman Rüstəmova bank sektorundakı dollarlaşmanın səviyyəsilə bağlı sual verib. Mətbuat konfranslarında əhali üçün anlaşılmaz olan müxtəlif iqtisadi terminlər səsləndirməyi sevən və rəqəmlərlə az qala “janqlyorluq” edən “baş bankir” ya həyəcandan, ya da hansısa digər səbəbdən ölkə başçısının adi sualına cavab verməkdə çətinlik çəkib.

Hansı ki, dollarlaşma səviyyəsi kifayət qədər strateji göstərici sayılır və MB sədrinin bunu əzbər bilməsi gərəkdir. E.Rüstəmov isə Prezidentin sualına dərhal cavab verməkdə çətinlik çəkib. Əvvəlcə əmanətlərdə dollarlaşma səviyyəsinin 6 faizə qədər azaldığını deyən E.Rüstəmov, sonradan qarşısındakı kağıza baxaraq, bu rəqəmin 12 faiz olduğunu bildirib.

Müşavirədə iştirak edən ölkə başçısının müşaviri Natiq Əmirov da bu suala dəqiq cavab verməkldə çətinlik çəkib. Ölkənin maliyyə, bank, ümumilikdə iqtisadi sektoruna cavabdeh olan bu məmurlar gah 53 faiz, gah 55 faiz, gah da 63 faiz rəqəmləri səsləndiriblər.

Nəhayət, E.Rüstəmov qarşısındakı kağızlara baxandan sonra deyib ki, kreditlərin dollarlaşması 38 faizdən 35 faizə, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi isə 62 faizdən 54 faizə enib.

Həmin müzakirənin stenoqramını və videoçəkilişini təqdim edirik:

Prezident İlham Əliyev: Dollarlaşma ilə bağlı vəziyyət necədir? Çünki bir neçə il bundan əvvəl haradasa dollarda qoyulan əmanətlərin həcmi 80 faizi ötürdü. İndi vəziyyət necədir?

Elman Rüstəmov: Cənab Prezident, dollarlaşma azalmaqda davam edir, bu, daha çox əmanətlərdə hiss olunur.

Prezident: Bəli, əmanətlərdə.

Elman Rüstəmov: Bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə təxminən 3 faizə qədər, əmanətlərdə daha çox, 6 faizə qədər dollarlaşma səviyyəsi aşağı düşüb.

Prezident: Faiz nisbəti nə qədərdir?

Elman Rüstəmov: Bu gün təxminən cənab Prezident....

Prezident İlham Əliyev: 55% Natiq Əmirov?

İclas iştirakçıları: 50-55%

Prezident İlham Əliyev: 55%?

Elman Rüstəmov: Cənab Prezident icazənizlə rəqəmə baxardım…

Natiq Əmirov: 63%-ə düşüb

Elman Rüstəmov (qarşısındakı kağızda yazılanları oxuyur): Kreditlərin dollarlaşması 38 faizdən 35 faizə düşüb, fiziki şəxslərin əmanətlərində isə 62 faizdən 54 faizə enib. Təxminən 12 faizə qədər düşüb.

Prezident İlham Əliyev: Uçot dərəcəsi də iki dəfə aşağı düşüb.

Elman Rüstəmov: Son iki ildə.

Prezident İlham Əliyev: Bəli, bu il də yəqin ki, bu meyil davam etdiriləcək.

Elman Rüstəmov: Təbii ki, cənab Prezident, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər…








Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap