“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mənzil seçimində təhlükəsizlik tədbirləri gücləndirilib - MİDA

Tarix 04.09.26, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzil seçimində təhlükəsizlik tədbirlərini gücləndirib.

AzFakt.com xəbər verir ki, bunu Agentliyin Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün satışa çıxarılmış mənzillərin böyük hissəsini artıq vətəndaşlar seçib: "Daha öncə biz seçim prosesini real vaxt rejimində sizinlə birlikdə izləmişik. Eyni zamanda, sistemdə tətbiq edilən yeniliklər və tərəfimizdən görülən təhlükəsizlik tədbirləri barədə sizə məlumat verilib. Bu təhlükəsizlik tədbirlərinin əsas məqsədi hər bir vətəndaş üçün bərabər seçim şəraitinin yaradılması, şəffaflığın və operativliyin, təbii ki, seçim prosesinin tam təhlükəsiz formatda keçirilməsinin təmin olunmasıdır".

Bundan başqa, MİDA rəsmisi deyib ki, bugünkü mənzil seçimində bir neçə yenilik tətbiq olunub: "Bunlardan biri mənzil seçiminin daha effektiv həyata keçirilməsi üçün mənzil sifarişi ərizəsinin imzalanmasının tələb olunmamasıdır. Bu da öz növbəsində vətəndaş üçün əlavə vaxt itkisinin qarşısını alır və prosesin daha effektiv həyata keçirilməsinə şərait yaradır. Yəni vətəndaş mənzilə baxış mərhələsində "Təsdiq et" düyməsini sıxdıqda dərhal ərizəçi statusunu əldə edir".

Xatırladaq ki, bu gün MİDA-nın Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzillər satışa çıxarılıb. Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı saat 16:00-a qədər həyata keçiriləcək.



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap