Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mərc oyunlarının reklamı cinayət yaradırmı? - ŞƏRH

Tarix 02.08.20, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar sosial şəbəkələrdə kazino tipli mərc oyunlarının reklamları genişlənib. Bura insanları bonus vədləri ilə cəlb edir, hətta məşhurların da adından istifadə edirlər. Ölkədə kazinoların qadağan olduğu halda onlayn kazinoların fəaliyyətinin hansı yolla tənzimləməsi sual yaradır.

Hüquqşünas Səməd Vəkilov bildirib ki, kazino fəaliyyətilə bağlı qanunvericilikdə normalar olmadığına görə belə bir normaların pozulması da Cinayət Məcəlləsində nəzərdə tutulmayıb. “Cinayət qanunvericiliyinə görə, məhz həmin məcəllədə göstərilən ictimai təhlükəli əməl cinayət məsuliyyətinə səbəb olur. Odur ki, ümumi qanunvericilik sisteminə kazino oyunları ilə bağlı cinayət pozuntusu ictimai təhlükəli əməl kimi daxil edilməlidir ki, belə hallara yol verildiyi təqdirdə onların cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olsun”, - S.Vəkilov qeyd edib.

Millət vəkili Fazil Mustafa da bildirib ki, onlayn kazinolar qanunvericilikdə nəzərdə tutulmadığına görə xüsusi qadağanedici normalar da mövcud deyil.

F.Mustafanın sözlərinə görə, ilk növbədə bu fəaliyyət növünün insanlara zərərləri barədə dəqiq təsəvvürlər olmalıdır:

“Kazino ilə bağlı ayrı-ayrı ölkələrdə fərqli yanaşmalar vardır. Məsələn, qonşu Gürcüstanda bu fəaliyyət leqallaşdırılıb və ölkənin turizm potensialının artırılması üçün əhəmiyyətli amil sayılır. Bizdə də onların xüsusi seçilmiş bölgələrdə fəaliyyətinə imkan verilməsi ilə bağlı təkliflər səsləndirilir. Hər bir halda məsələ geniş müzakirə olunmalıdır, zərərli və faydalı tərəfləri dəqiq araşdırmalıdır”.

Millət vəkili qeyd edib ki, bütün hallarda bu reklamlarda aldadıcı elementlər varsa, buna müvafiq dövlət orqanları müdaxilə etməlidir:

“Hər şeydən öncə bu sahədə qanunvericilik bazası hökmən yaradılmalı və bütün fəaliyyətlərin qanunauyğun tənzimlənməsi nəzərdə tutulmalıdır”. (Axar.az)



Xəbərin oxunma sayı : 2614




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap