|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Merkel Soçidə –Geosiyasi alternativ axtarışı?
Tarix 23.05.18, 3:42 |
|
Almaniyanın kansleri Angela Merkel Soçidə Vladimir Putinlə görüşüb. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara əsasən demək olar ki, tərəflər qlobal siyasətin aktual məsələlərini müzakirə ediblər. Bu zaman onlar siyasi, geosiyasi və təhlükəsizlik aspektləri ilə yanaşı, iqtisadi sferaya da diqqət yetiriblər.
Merkel-Putin danışıqlarının detalları barədə geniş məlumat verilməsə də, aydın olur iki, iki böyük geosiyasi güc dünyada baş verən hadisələrə təsir etmək niyyətindədirlər. Rusiya onsuz da müxtəlif regionlarda fəaldır. Almaniya da son illər aktivliyini xeyli artırıb. İndi onlar üçün ortaq fəaliyyət sahəsinin axtarılıb tapılması önəm kəsb edir. Hələlik bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edilməyib. Demək olar ki, bütün istiqamətlərdə fikir ayrılığı mövcuddur. Buraya ilk növbədə Suriya müharibəsi, Ukrayna ətrafında münaqişə, “Şimal axını-2” layihəsi, Skripal məsələsi və digərləri daxildir. Ancaq ekspertlər də vurğulayırlar ki, A.Merkelin Soçiyə uçması Almaniyanın Rusiyaya verdiyi önəmə işarə edir. Bu müstəvidə Soçi görüşünün geosiyasi aspektini təhlil etməyə dəyər.
“Küskün” Avropa: ABŞ-dan imtina və Rusiyaya yaxınlaşma arasında
Amerikanın xarici siyasətdə atdığı addımlar qlobal vəziyyəti getdikcə daha da gərginləşdirir. Donald Tramp İranla imzalanan nüvə sazişindən çıxıb, ABŞ səfirliyini Qüdsə köçürüb. Hər iki hadisəyə dünya dövlətləri ciddi reaksiya veriblər. Hətta Vaşinqtonun avropalı müttəfiqləri belə bu qərarları müsbət qarşılamayıblar. Onların sırasında Almaniya daha çox narazı görünür. Kansler Angela Merkel diplomatik fəallıq nümayiş etdirir. O, əvvəlcə ABŞ-a səfər edib, sonra isə Rusiyada Vladimir Putinlə görüşüb. Ekspertlər vurğulayırlar ki, Almaniya kanslerinin hər iki görüşdə apardığı danışıqların detalları gizli saxlanır, lakin KİV-ə sızdırılan informasiyalara əsasən söhbətin nələrdən getdiyini müəyyənləşdirmək olar.
Almaniya rəhbərliyini İran və Fələstin məsələləri narahat edir. İranla imzalanan sazişin pozulması Avropa şirkətlərini çətin vəziyyətə salır. ABŞ onlara qarşı sanksiyalar tətbiq edə bilər. Bunun nəticəsində Avropa ölkələri külli miqdarda maliyyə itirirlər. Bundan əlavə, Almaniyanı məsələnin geosiyasi və təhlükəsizlik aspektləri narahat edir. Bu istiqamətlərdə çoxlu sayda risklər meydana çıxa bilər.
Hər şeydən öncə, beynəlxalq sazişlərə olan inam azala bilər. Amerika indi hansısa sazişdən imtina edirsə, sabah eyni məntiqlə digər böyük dövlətlər özlərinə sərf etməyən istənilən müqavilədən çıxa bilərlər. Buna qarşı hansısa ciddi arqument qoymaq çətin olar, çünki artıq presedent vardır.
Belə bir gedişat bütövlükdə beynəlxalq hüququn dövlətlərarası münasibətlərdə mövqeyini zəiflədə bilər. Təbii ki, bu, başqa məqamlarla yanaşı, beynəlxalq təşkilatların da səmərəli fəaliyyət göstərmək imkanına ciddi zərbə olardı. Onsuz da BMT kimi təşkilat bir sıra məsələlərin həllində acizlik göstərir. Vaşinqtonun son davranışları BMT-nin də nüfuzunu çox aşağı salır.
Almaniyanı narahat edən başqa məqam İranın əks-reaksiya kimi nüvə silahı istehsalını reallaşdıra bilməsi ilə bağlıdır. Tehran əslində artıq bu məsələni milli vəzifə kimi bəyan edib. Belə çıxır ki, çox qısa zamanda Yaxın Şərqdə nüvə silahına malik və bir sıra istiqamətlərdə aqressivlik nümayiş etdirən müsəlman dövləti meydana gələ bilər. Bu prosesin digər müsəlman ölkələrini də eyni addımı atmağa təkan verəcəyini təxmin etmək çətin deyil. Sonucda bir neçə müsəlman ölkəsi nüvə silahına malik olar ki, bu da ümumən dünyada tamamilə yeni bir geosiyasi mənzərə formalaşdırar.
Deməli, Almaniya üçün Qərbin təhlükəsizliyi yeni səviyyədə məzmun kəsb etməyə başlayır. Bu problemin həllində Almaniya kiminlə əməkdaşlığa üstünlük verə bilər? A.Merkelin gedişləri göstərir ki, Berlin Moskvanı arxa plana atmaq istəmir. Bu məqamda bir incəliyi vurğulamaq lazımdır. Məsələ onda deyil ki, A.Merkel Vaşinqtondan sonra dərhal Soçiyə uçmaqla Rusiya ilə müttəfiqlik niyyətində olduğunu nümayiş etdirir. Düşünürük ki, Berlin belə bir mövqedən uzaqdır. Ancaq ünvan kimi Rusiyanın seçilməsi Avropa İttifaqının Kreml ilə olan münasibətlərə çox önəm verdiyini göstərir. A.Merkel V.Putinlə problemləri müzakirə edə bilər. Bunun əsasında da Avropanın təhlükəsizliyi ilə bağlı müəyyən ortaq nəticəyə gəlinər. Həm də o səbəbdən ki, Aİ artıq ABŞ-ı özünün təhlükəsizliyinin təminatçısı kimi qəbul etmək istəmir. A.Merkel bir neçə dəfə bəyan edib ki, Avropa öz başına çarə qılmalıdır.
Qüvvələr nisbəti: dəyişə bilərmi?
Bu tezisdən çıxış edərək, Angela Merkelin Soçiyə səfərinin geosiyasi incəlikləri üzərində düşünmək olar. Belə görünür ki, Almaniya ABŞ-ın təhlükəsizlik çətirindən imtina edəndən sonra Rusiya ilə münasibətləri yenidən qura bilər. Buraya Avropa şirkətlərinin Rusiya ilə əməkdaşlığı bərpa etməsi də daxil ola bilər. Həmin kontekstdə “Şimal axını-2” layihəsi ətrafında A.Merkellə V.Putinin müzakirə aparması xeyli düşündürücüdür. KİV-də yayılan məlumata görə, Almaniyanın kansleri Ukraynanın zərər görməməsi məsələsini qaldırıb. V.Putin isə bəyan edib ki, əgər avropalı tərəfdaşlar Ukrayna ərazisindən keçən enerji xəttinə ehtiyac duysalar, o, işləyəcək. Yəni, Rusiya üçün bu məsələ siyasi deyil, iqtisadi məna kəsb edir.
Bununla bağlı Rusiya prezidenti təminat verir ki, “Şimal axını-2” layihəsinin reallaşması enerji nəqlinin diversifikasiyasından başqa bir məqsəd güdmür. Doğrudan da, Moskvaya Ukrayna istiqamətində qaz nəqlinin dayandırılması sərf etmir, çünki bu halda həmin ölkəyə təsir rıçaqlarından birini itirmiş olur. Rusiya üçün iqtisadi güc önəm daşıyır. Bundan başqa, Ukrayna istiqamətində qaz nəqlinin dayanması həmin məkana alternativ mənbələrin, həm də Rusiya ilə rəqabət aparan dövlətlərin müdaxiləsi deməkdir.
Bunlar onu göstərir ki, Moskvaya Ukrayna istiqamətini bağlamaq deyil, ondan maksimum dərəcədə faydalanmaq sərf edir. Rusiya üçün bu məsələyə Aİ-nin münasibəti maraqlıdır. Brüssel əslində Rusiyadan enerji asılılığından qurtulmaq niyyətindədir. Bütövlükdə bunu reallaşdırmaq mümkün deyil. Xüsusilə Amerikanın son zamanlar atdığı addımlar xeyli risklərin meydana çıxması ehtimalını artırıb. Avropa Vaşinqtonun iradəsi ilə hərəkət etsə, yaxın perspektivdə tənha qala bilər. Ancaq o, tamamilə Rusiyadan asılılığı da qəbul etməz. Bu bağlılıqda Aİ də enerji nəqlinin diversifikasiyasında maraqlıdır. Alternativ enerji nəqli marşrutları nə qədər çox olarsa, Avropanın manevr etməsi üçün də bir o qədər geniş məkan yaranmış olar.
Bütün bunlara görədir ki, Soçidə Merkel-Putin görüşündə “Şimal axını-2” layihəsinin də yer alması tamamilə təbii görünür. Tərəflər bu kimi məsələləri Suriya münaqişəsi kontekstində müzakirə ediblər. Suriyada Rusiyanın üstünlük əldə etməyə başlaması Amerika ilə yanaşı, Avropanı da narahat edir. Çünki Yaxın Şərqdə Rusiyanın geosiyasi üstünlüyü avtomatik olaraq Aİ-nin qlobal geosiyasi güc olaraq mövqeyinə təsir edir. Brüssel bunu qəbul edərmi? Çətin, çünki belə olduğu halda Brüsselin dünya miqyasında geosiyasi fəaliyyətində müəyyən məhdudiyyətlər meydan gələ bilər. Bu isə ilk növbədə Berlinin qlobal geosiyasi proseslərdə tutmaq istədiyi aparıcı rol məqsədinə uyğun gəlmir.
Hələlik Aİ ilə Rusiya Suriya məsələsində ortaq mövqeyə malik deyillər. Burada Ukrayna münaqişəsinin də ciddi rol oynadığını vurğulamaq lazımdır. Ukraynada vəziyyət əvvəlki kimi gərgin olaraq qalır. Donbasda döyüşlər davam edir. Tərəflər bir-birinə ağır zərbələr endirirlər. Belə təəssürat yaranır ki, Rusiya orada yerini hərbi cəhətdən möhkəmlədib və geri çəkilmək fikri yoxdur. Krım körpüsünün çəkilməsi isə Kremlin uzağa gedən planlarından xəbər verir. Bir sözlə, Rusiya Ukrayna məsələsində hələlik bir addım da güzəştə getməyib. Bunun fonunda A.Merkellə V.Putinin Minsk razılaşmalarından danışmaları və “Normand formatı”na qayıtmağın zəruriliyini vurğulamaları müəyyən məna kəsb edir.
Konkret desək, bu, onu göstərir ki, Avropa ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) Ukrayna məsələsində Rusiyaya təzyiq göstərmək taktikasının səmərəsizliyini etiraf etmiş olurlar. Onlar yenidən masa arxasına oturmaqla problemi həll etməyə üstünlük verirlər. Lakin bu prosesin nə qədər sürəcəyini proqnozlaşdırmaq çətindir. Görünən odur ki, Rusiya ilə Avropa arasında qüvvələr nisbəti kəskin dəyişməyincə, tərəflərin bir-birinə güzəşt etməsi imkansızdır. Yəni Ukrayna böhranı hələ uzun illər qalmalı olacaq.
Vurğulanan məqamlar onu göstərir ki, A.Merkelin Soçidə V.Putinlə görüşməsinə fövqəladə geosiyasi əhəmiyyət vermək tələskənlikdir. Tərəflər daha çox fikir mübadiləsi edib gələcəkdə meydana çıxa biləcək ortaq maraqların müəyyənləşməsi aspektində müzakirə aparıblar. Müəyyən mənada bunu diplomatik manevrlər kimi də qiymətləndirmək olar.
Ancaq bu səfərin qlobal geosiyasətin dinamikası baxımından əhəmiyyətini də inkar etmək olmaz. Görünür, dünya daha çox çoxqütblülük modelinə doğru meyllidir. Bir sıra Avropa dövlətlərinin ABŞ-ın hegemon rolundan imtina etmək fikrinə düşmələri bu prosesin ilk əlamətlərindəndir. Lakin hələ irəlidə çox proseslər var.
Newtimes.az
Xəbərin oxunma sayı : 511
Analiz
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV