Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Merkeli əvəzləyən varis kimdir? –Annegret Kramp-Karrenbauer Almaniyanın yeni kansleri ola bilər

Tarix 08.12.18, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyada kansler Angela Merkelin hakim Xristian Demokrat İttifaqının (CDU) qurultayında qatı katolik, mühafizəkar siyasətçi Annegret Kramp-Karrenbauer partiyanın yeni sədri seçilib. Bu qurultayın əvvəlində Angela Merkel partiyanın liderliyindən getdiyini elan etmişdi.

Kramp-Karrenbauer liderlik uğrunda çox qızğın yarışda multimilyarder biznesmen Friedriç Merzə cəmi 25 səs fərqi ilə qalib gəlib.

Partiya daxilində “mini-Merkel” ayaması qazanmış Kramp-Karrenbauer qeyri-rəsmi olaraq Merkelin namizədi kimi tanınırdı və onun yeni partiya lideri seçilməsi o demədkir ki, Angela Merkel 2021-ci ildə başa çatan kanslerlik müddətini axıradək davam etdirə bilər.

“Guardian” yazır ki, səsvermənin nəticələri elan edildikdən sonra xanım Kramp-Karrenbauer göz yaşlarını silərək vəzifəni qəbul etdiyini deyib.

O vəd edib ki, partiyanın keçmiş qüdrətini və onu tərk edərək sağçı populistlərə və Yaşıllar partiyasına qoşulmuş tərəfdarları geri qaytaracaq. Qəzet yazır ki, partiya daxilində “mini-Merkel” ayaması ilə tanınan Kramp-Karrenbauer bu ləqəbi üstündən götürməyə çalışacaq.

Kansler Merkel onun namizədliyini rəsmən qəbul etməsə də, namizədi bütün mümkün vasitələrlə dəstəkləyirdi.

Merkel qurultay günü Kramp-Karrenbauerin xidmətlərini tərifləyən çıxış etmişdi.

Rəğbətlisinin bu qələbəsi Merkelin özünə müddətinin sonunadək kansler postunda qalmaq imkanı verəcək. Onun özü də bu niyyətdə olduğunu elan edib və rəy sorğuları almanların 56 faizinin bu qərarı dəstəklədiyini göstərir.

Kramp-Karrenbauer səsvermənin birinci dövrəsində 1001 nümayəndədən 450-sinin səsini qazanmışdı, ikinci dövrədə bu rəqəmi 517-yə çatdıra bildi. Onun 63 yaşlı rəqibi, iqtisadçı-hüquqşünas Merz Xristian Demokrat İttifaqının parlament fraksiya lideri vəzifəsindən 2002-ci ildə Merkel tərəfindən uzaqlaşdırılmışdı.

O partiya liderliyinə səsvermə zamanı birinci dövrədə 392, ikinci dövrədə isə 482 səs qazana bilib.

O bank sənayesindəki çox yüksək vəzifəsini buraxıb partiya işinə qayıtmaq niyyətini bəyan edəndə, bir çoxlarını təəccübləndirmişdi. O da partiyanın itirilmiş seçicilərini və nüfuzunu ona qaytarmağı vəd edirdi. Tərəfdarları Merzin daha güclü lider olacağında israr edirdilər, çünki o seçilsəydi, partiyanı Merkelin mərkəzçi mövqeyindən saga doğru çəkəcəkdi.

“Guardian” yazır ki, Annegret Kramp-Karrenbauerin lider seçilməsi 1945-ci ildə yaradılmış və son 70 ilin 50 ilini Almaniyanı kanslerlə “təchiz” etmiş partiyanın tarixində yeni eranın başlanğıcı olacaq.

Soyadının uzunluğuna görə daha çox onun qısaldımış AKK variantı ilə tanınan Kramp-Karrenbauer, partiyası 2021-ci il seçkisini udarsa, Almaniyanın yeni kansleri olacaq. Üç uşaq anası, qatı katolik olan Kramp-Karrenbauer uzun müddət Saarland torpağının dövlət başçısı və daxili işlər naziri olmaqla tam 18 il lider rolunu oynayıb.

Bu yarışda üçüncü namizəd olan 38 yaşlı Jens Spahn partiyadaşlarının çağırışlarına baxmayaraq namizədliyini geri götürməyib.

Bundan altı ay əvvəl Merkel hökumətində səhiyyə naziri vəzifəsinə irəli çəkilmiş Spahna bir çoxları Merkelin siyasi varisi və səsvermənin potensial qalibi kimi baxırdılar. Lakin marafona qüdrətli Merzin qoşulması Merkel və tərəfdarlarının son anda Kramp-Karrenbauerə üz tutması ilə nəticələnib.

Onu da demək lazımdır ki, Merzin namizədliyini Bundestaqın spikeri və keçmiş iqtisadiyyat naziri Wolfgang Sçauble kimi ağırçəkililər dəstəkləyirdilər. Spahn bir çoxlarının gözlədiyindən daha çox – 175 səs toplasa da ikinci tura adlaya bilməyib.

“Guardian” yazır ki, CDU xristian demokratları həqiqi dilemma qarşısında idilər: partiya ya Merkelin tutduğu mərkəzçi mövqedə qalmalı, seksual azlıqların müdafiəsi, minimum maaş və siyasətdə qadınlar üçün kvota strategiyasını davam etdirməli, ya da ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasına meyllənmiş elektoratı qaytarmaq üçün saga doğru əyilməliydi.

Buna görə də partiya Kramp-Karrenbaueri lider seçməklə Merzlə müqayisədə daha salamat variantı seçib. Onun seçilməsi partiyanın Merkel xəttini davam etdirmək istəyini göstərir.

Buna baxmayaraq Kramp-Karrenbauer liderlikdə öz yolunun olacağını vəd edir. Hər şeydən əvvəl o, daha mühafizəkardır və “mini-Merkel” ləqəbindən xoşlanmır. Merkeli 2015-ci ildə miqrant böhranı zamanı dəstəkləsə də Kramp-Karrenbauer miqrasiyanın cilovlanmasını istəyir, eynicinslilərin nikahlarına qarşıdır və abortları edən həkimlərə məhdudiyyət qoyulmasının tərəfdarıdır.

Bir çoxları onun barəsində hələ də kifayət qədər bilmədiklərini söyləyirlər.

Bir 77 yaşlı hamburqlu “Guardian” qəzetinin müxbirinə deyib: “Mənim qəlbim AKK ilədir, başım Merzlə. Düşünürəm ki, Kramp-Karrenbauer daha yaxşıdır, çünki onun arxasında Merzdən daha çox siyasi uğurlar var. Amma mən narahatam ki, görəsən o da Ərdoğan və Putin kimi avtokratların qabağında Merkel kimi dayana biləcəkmi?”

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap