Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mərkəzi Bank inflyasiya riskini açıqlayıb:“Pul siyasətinin sərtləşməsi mümkündür”

Tarix 28.12.18, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Faiz siyasəti inflyasiya üzrə hədəfdən asılı olaraq həyata keçiriləcək.

AzFakt.com “Report” -a istinadən bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir. Bəyanatda bildirilir ki, faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

“İnflyasiyanın effektiv idarə olunmasından asılı olaraq monetar şəraitin normallaşdırılmasının davam etdirilməsi mümkündür. Bununla belə faiz dəhlizinin parametrləri tənzimlənərkən milli valyutada yığımların cəlbediciliyinin qorunması və kredit qoyuluşlarının inflyasiya artımına yol verilməməsi kimi amillər də nəzərə alınacaq. İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasətinin sərtləşmə istiqamətində də dəyişməsi mümkündür.”

Mərkəzi Bank iqtisadi subyektlərin inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəldilmiş tədbirlərini davam etdirəcək. Bunun üçün pul siyasətinin effektiv kommunikasiyası və şəffaflıq səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılacaq. Kommunikasiya effektinin gücləndirilməsindəki rolunu nəzərə alaraq iqtisadi və maliyyə maariflənməsinin yüksəldilməsi istiqamətində tədbirlər də davam etdiriləcək.

Qeyd edək ki, 2019-cu ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla 1 fevral,15 mart, 26 aprel, 7 iyun, 26 iyul, 13 sentyabr, 25 oktyabr, 13 dekabr tarixlərində ictimaiyyətə təqdim ediləcək. Qeyd olunan tarixlərdən 1 fevral, 26 aprel, 26 iyul və 25 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşaiyət olunacaq.



Xəbərin oxunma sayı : 211




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap