Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Mərkəzi Bankla Mahmudovun dostu arasında girov qalmaqalı - Nə baş verir?

Tarix 05.12.23, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bank keçmiş deputat Çingiz Əsədullayevi məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, bankın iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Ceyhun Tağıyev iş üzrə hakim təyin edilib. İşin mahiyyəti girov müqaviləsi üzrə mübahisələrdən ibarətdir. Əmanətlərin Sığortlanması Fondu işdə maraqlı şəxsdə qismində iştirak edir. 

Çingiz Əsədullayev Milli Məclisin üçüncü çağırış deputatı olub. O, 90 saylı Ağdaş seçki dairəsindən deputat mandatı qazanıb. 

Keçmiş deputat həmçin "AGBank”ın sahiblərindən biri kimi tanınıb. 2020-ci ildə Mərkəzi Bank adıçəkilən bankın lisenziyasını ləğv edib. "AGBank” hazırda ləğv prosesindədir. Ehtimal etmək olar ki, Çingiz Əsədullayev Mərkəzi Bank tərəfindən məhkəməyə verilməsi "AGBank”la əlaqəli proseslərdən qaynaqlanır. 

Çingiz Əsədullayev həm də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dostu kimi tanınır. Bu faktın keçmiş deputatın özü də müsahibələrində gizlətməyib. 

Çingiz Əsədullayevin deputat seçilməsi və bankirə çevrilməsində Eldar Mahmudovun rolunun olduğu deyilir. 

Eldar Mahmudovun sabiqlərin sırasına qoşulmasından sonra Çingiz Əsədullayevin parlamentdən kənarda saxlanılması və bir müddət sonra "AGBank”ın lisenziyasının ləğv edilməsi bu iddiaların əsassız olmadığı qənaətini yaradır. 



Xəbərin oxunma sayı : 673




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap