Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məryəm Üzərli Moskvanı “fəth etdi” - VİDEO

Tarix 23.04.21, 19:15

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada 43-cü Moskva Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub. Tədbirin ən maraqla gözlənilən qonağı isə “Muhteşem Yüzyıl” serialındakı “Hürrem sultan” rolu ilə tamaşaçıların qəlbini fəth edən Meryem Üzərli olub.

Bu barədə “Hello” xəbər yayıb.

Bildirilir ki, türkiyəli aktrisa “Kovan” filmini təqdim edəcək.


Qeyd edək ki, müsabiqənin münsiflərinə rejissor, operator və prodüser Briyante Mendosa rəhbərlik edir. Tədbirin açılış filmi isə Timur Bekmambetovun sovet pilotunun qəhrəmanlığına həsr olunmuş “Devyatayev” olub.

Aprelin 29-na qədər davam edəcək Moskva Film Festivalında 210 film nümayiş olunacaq. Müsabiqəyə Venesuela, Yaponiya, Çin, Almaniya, Norveç, İtaliya, Serbiya, Hindistan, İran və digər ölkələrdə istehsal olunan 14 film daxil edilib.

Yeri gəlmişkən, beynəlxalq tədbirdə daha bir xoş sürpriz də azərbaycanlı aktrisa və rejissor Könül Nağıyevanın iştirakıdır. Onun Türkiyədə çəkdiyi “Gerçek olamaz” filminin Moskvada dünya premyerası olacaq.

Filmin gələcəkdə Bakıda da nümayişi nəzərdə tutulub. 




Xəbərin oxunma sayı : 877




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap