|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Məscid kilsəyə, Məhəmməd İsaya qarşı qoyulanda...
Tarix 12.11.16, 22:35 |
|
Dünyanın aparıcı telekanallarında - BBC və CNN-də Fransanın Kalye əyalətində qanunsuz miqrantlara qarşı hakimiyyət orqanlarının təmizləmə əməliyyatları göstərilən gün Mosul və Hələbdə ağır döyüşlər gedirdi
Məqsəd fərqli olsa da, tutalım ki, Oland qarşıdakı seçkiləri nəzərə alıb hədəf olaraq gözlənilmədən köçkün düşərgəsinə hücum çəkəndə 30 min muzdlu İraq ordusu İŞİD əleyhinə müxtəlif səmtlərdən həmləyə keçmişdi və hərbi teatr səhnəsi ilə antiqaçqın döyüşü arasında qəribə bir oxşarlıq yaranmışdı.
Yox, fransız polisi Eritreyadan, İraqdan və Əfqanıstandan buraya pənah gətirərək heç kəsdən razılıq almadan məskunlaşan 10 min binəvanın üzərinə tankla getməmişdi, yaxud bütün çadır şəhərciyini yandıraraq məhv edərkən və qoca qitənin bətnində özünə kök salmış "cəngəlliyi" (düşərgənin rəsmi adı belə çağırılır) ləğv edərkən Yaxın Şərqdəki kimi ətraf əyalətlərin dincliyi pozulmayıb, lakin xəbər lentlərinin baş qəhrəmanlarına çevrilən adamların hamısının dini mənsubiyyəti eynidir - onlar islama etiqad edirlər.
Avropa müsəlman aləmi ilə toqquşurmu, yaxud bir müddət öncə məxfi müsahibələrindən tərtib olunan kitabda fransız liderinin dediyi kimi, Qərblə islam döyüşəmi məhkum edilib? Xatırladaq ki, siyasi dairələrdə böyük rezonansa səbəb olan "Prezident bunu söyləməməlidir" adlı nəşri Yelisey sarayının sirli dəhlizlərində aparılan gizli danışıqlara yaxşı işıq salır. Adətən millətçi partiyaların, xüsusilə mühafizəkar qüvvələrin cəm olunduğu Xalq Cəbhəsinin və onun alovlu lideri li penlərin dilindən eşitdiyimiz sərt irqi-dini ayrı-seçkilik bəyanatları, sən demə, fransız siyasi elitasının əksər kəsimlərində qərarlaşmış rəylərdir.
Oland çadraya və hicaba bürünmüş adamları təhlükə hesab edir, özünü Qərb sivilizasiyasının basqısından qorunmaq üçün qara libasa bürünən adamların ölkəsinin simasına göstərdiyi təsirdən vahimələnir və bir müddət sonra "Fransanın simvolu olan Mariannanın da islam qadınları kimi geyinəcəyi"ndən əndişə duyduğunu gizlətmir.
Dümanın vətənində gerçəkdənmi bir din kabusu dolaşır? Hər kəs bilir, Marianna dünyaya respublika quruluşunu bəxş edən bir dövlətin simvoludur. Frigiya papağı və nizəsi ilə silahlanmış qadın əsil reallıqda azadlığı təcəssüm elətdirir. Qədim Romada köləlikdən qurtulanlar təxminən belə geyinirdilər. Müdrikliyin və cəsurluğun rəmzi olan Marianna həqiqətdə "birlik, bərabərlik və qardaşlıq" şüarı ilə imperiya quruluşuna doğru gedən bir xalqın mübarizəsinin yetirməsidir.
İndi respublika və din arasında gerçək savaş gedir. Marselyozanın sədalarını minbərlərdən gələn səslər örtməyə başlayıb. Bonapart dövrünü çoxdan arxada qoymuş bir xalq kommunizm təhlükəsinə qalib gələndən sonra indi təkcə Vaterlooda deyil, bütün Avropada dinlərarası toqquşmanın meydanına çevrilməkdədir. Li Pen obrazlı şəkildə həmin savaşı belə ifadə etmişdi: "Müsəlmanların kütləvi ritualları tank və əsgərlərlə keçməsə də əslində işğaldır və şəhərimiz bundan əziyyət çəkir".
Doğrudur, sonralar avroparlamentarilər bu sağçı qadını cəzalandıraraq onu sıralarından çıxarmışdılar, lakin islamafobiyanı rasizm əlaməti kimi qəbul etdikləri üçün yox, bəlkə də xristian siyasi elitalarının və dini dövlətdən ayrı görməyən hakimiyyətlərin planlarını açdığı üçün ona qəzəbləri tutmuşdu. Hər halda kommunistlərdən fərqli olaraq, islama tapınanların coğrafiyası və sayı milyon dəfə fərqlidir və düşməni öz adı ilə çağırmaq böyük səhvdir.
Bəli, bir vaxtlar Amerika cəmiyyətində də yaponlar haqqında məhz belə düşünürdülər. O vaxtdan əslində çox keçməyib. Tarix hər zaman mistik bir qüvvə ilə təkrar olunmaq gücünə malikdir. Bilirsiz, Perl-Harbör hadisəsi baş verəndə faşizmin yalnız Almaniya ilə bağlı asossiasiyası vardı və heç kəs Ruzveltin öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün bir milləti baraklara doldurub cəmiyyətdən təcrid etməsini, onlara düşərgə rejimi tətbiq etməsini pisləməmişdi. Onda dünya hökmranlığına tam yiyələnməmiş bir dövlətin rəhbəri haqda əsil xilaskar obrazı vardı və kimsə ona qarşı getməyə cürət etməzdi. Stalin və Çörçilin hesablaşdığı simanı qəddarlıqda qınamaq olmazdı.
Xatırladaq ki, üzərində hələ də sirr pərdəsi qalan və ətrafında müxtəlif əfsanələr dolaşan imperiya Yaponiyasının Amerikaya müharibə elan etməsinin nəticəsində hələ o vaxt hazır olmayan nüvə silahının Xirosimaya və Naqasakiyə atılmasına illər qalsa da, 1941-dən sonra bütün amerikanlar onlarla birgə yaşayan yaponlara potensial casus və düşmən kimi yanaşırdılar. İndi Fransada Şarli Hebdo karikaturaçıları kimi azad cəmiyyət ideologiyası və liberal dəyərlərlə yaşayan böyük bir toplum faşizm, stalinizm və millətçilikdən sonra demokratiyaya ən böyük təhlükənin islam totalitarizmindən gəldiyini düşünür.
7 yanvarda Fransada bir jurnala qarşı baş verən qəsdlə eyni gündə hələ çap olunmamış ətrafında böyük diskussiyalar gedən Mişel Uelbekin "Məsumluq" kitabını indi çoxları peyğəmbərcəsinə uzaqgörənlik kimi qiymətləndirirlər. Müəllifi uzun müddət şəxsi təhlükəsizliyi üçün gizlənməyə məcbur olan əsər populyarlıq qazansa da ona xilaskarlıq rəmzi təki yanaşmaq düzgün deyil. Çünki miqrasiya və inteqrasiya ətrafında gedən müharibəyə hələ son qoyulmayıb.
Lakin Uelbekin "Li Peni neytrallaşdırmaq üçün 2020-ci ildə müsəlmanın prezident seçilməsi" vəhyi indi çoxlarına real görünür. Qorxu və milli müqavimət hissini sümürmək istəyənlər üçün düşmən hədəfini belə aydın göstərən olmamışdı.
Əhalisinin onda birini - 6 milyon müsəlmanı vahid bir qüvvə kimi təşkilatlandıran və müxtəlif rəngləri-məzhəbləri siyasi iddialarla meydana çıxaran liderlərin yoxluğu şəraitində hakimiyyət orqanlarını həyəcanlandıran əslində başqa səbəblərdir. Bir az tarixə qayıtsaq, tablonu daha yaxşı təsvir etmək mümkün olar.
Öz müstəmləkəçilik tarixinə görə Fransa digər Avropa rəqiblərindən çox da fərqlənmir. Çünki hələ sənaye nəhənginə çevrilməmiş iberiyalıların - Portuqaliya və İspaniyanın işğalçılıq siyasətinin zəiflədiyi dönəmlərdə səhnəyə Napoleonun sələfləri çıxır. Yeni torpaqların kəşfi, ticarət yollarının ələ keçirilməsi və milyonlarla insanın kölə kimi istismar edilməsi bəşəriyyətin 21-ci əsrə gələn qanlı yollarını təşkil edir.
Afrikada son 200 ildə yaşananlar hər kəsə bəllidir. 90 faiz ərazisi tutulmuş qara qitədə ağalıq uğrunda müharibələr sanki tarixi varislik ənənəsinə tabedir və indi də etdirilir.
1830-cu ildə Fransa Əlcəzairi tutdu və düz 130 ildən artıq orada hökmranlığını sürdürdü. 1962-ci ildə azadlıq mübarizəsinə qalxan xalq müstəqilliyinə qovuşanda dünyada tamam başqa əhval-ruhiyyə hökm sürürdü. Onda Parisin inqilab və azadlıq surəti özünə böyük tərəfdarlar topladığı illər idi, lakin Şarl de Qoll başqa bir qitənin əhalisini əsarətdə saxlamaq uğrunda can davasına çıxmışdı. İndi fransız millətçiləri hələ də o məğlubiyyəti həzm etməyiblər, əvəzində əlcəzairlilərin artıq 3-cü nəsli Parisin kandarından içəriyə keçərək buranı özlərinə doğma vətənə döndəriblər. Bəli, onlar babalarının intiqamını belə alırlar.
Doğrudur, 5-ci respublika ağlara və qaralara, azlara və çoxlara, ateistlərə və dini fanatiklərə bərabər şərait yaratmağa məcburdur. Amma bununla bərabər, burjua inqilabından və dünya ağalığı müharibələrindən keçib gələn və sekulyar cəmiyyətə qovuşan qoca xalqlar uzun əsrlər boyu xristianlıq idealları ilə idarə olunublar və yadelli işğala qarşı birləşdirici simvol İsa Məsihin əzabkeş obrazı olub. Lakin indi milli fəxarət hissi, dini ehkamlara riayət etmək ənənəsi uzun illər boyu liberal cəmiyyət yaratmaq ideologiyası ilə devalvasiyaya uğrayıb. Kilsələrin ziyarətinə gedənlərin sayı son 30 ildə ən aşağı həddə düşüb. Dövr LGBT-nindir, ailə dəyərlərinin və qədim avropalı olmaq hissinin ölümü sağ qalmağın ən yaxşı formuludur.
Çünki artan qarışıq nikahlar fonunda yeni nəsil milli mənsubiyyətini tanımır, vətəndaşlıq 100 il əvvəlki müqəddəs duyğulara yol açmır, tarixlə öyünmək və dini üstünlüyünü nümayiş etdirmək təhlükə mənbəyinə çevrilir. Başqa cür də ola bilməz. Məntiq çox sadədir: əgər siz müsəlman qadınının libasını azad cəmiyyət idealına yabançı sayırsınızsa, üzünü gizlədən hər kəsi potensial terrorçu nəzərində görüb izləyirsinizsə, onda İsa peyğəmbərin surətini məktəblərdən və digər ictimai məkanlardan yığışdırmağa məhkumsunuz. Ona görə də hökumət 15 il bundan qabaq həmin yasaq qanununu çıxarmağa məcbur oldu. Lakin razılaşın ki, bunu praktiki olaraq həyata keçirmək o qədər də asan deyil. Hər addımda dini əlamətlərlə tikilmiş bir ölkəni dinsiz örtüyə bürümək çox çətin vəzifədir.
İl-ildən məbədgahların yollarında insanların sayı azalır və kilsələri parkinq yerlərinə, yaxud digər iaşə obyektlərinə çevirmək üçün şəhərlərin inzibati orqanları başqa yol tapa bilmirlər. Üstəlik, Nant şəhərində - Fransanın qərbində tikilən ən böyük məscidə etirazını bildirmək üçün bir ovuc adam etiraz aksiyasına çıxmışdı.
Halbuki 3 il öncə islamla bağlı məhdudiyyətlər - hətta onların öz inanclarına zidd getmək istəməməsi ilə fərqli islam adamı yetişdirmək siyasətinin tərəfdarları arasında mübarizə Avropa İnsan Haqları Məhkəməsinin qadağa istəyənlərin haqlı olduğuna dair qətnaməsi ilə başa çatmışdı. Paradoks da bundadır. İtaliyadan, Yunanıstandan, Rusiyadan fərqli olaraq, Fransanın müqəddəs ziyarətgahlarının unudulması mənzərəsi qarşısında öz inamları uğrunda hər cür cəzaya hazır olan böyük bir toplum dayanır.
Bəli, məscidlər təkcə ibadət yeri və Allah evi deyil. Məcidlər, dayaq nöqtəsidir. Məscidlər, müqavimət barrikadasıdır, özü də ülvi ideallarla təchiz olunmuş, hələ ki, hakimiyyət uğrunda deyil, özünümüdafiə və tamhüquqlu üzv kimi sayılmaq uğrunda mübarizə cəbhəsidir. Məscidlər, təşkilati nüvə mərkəzidir. Məscidlər, avropalının nəzərində tutduğu yer qədər bir ölkənin içərilərinə doğru irəliləmək və inamla mənəvi hakimiyyət qurmağın simvoludur. Ona görə xilafəti gedib İraqda və Suriyada yıxanlar qapılarında paltarları orta əsri xatırladan, evsiz-eşiksiz düşüb hər şeyə həyatda üsyan edən, lakin dünyanı yenidən qurmaq istəyən müsəlmanları görürlər.
Doğrudur, 500 milyonluq ərəb dünyasından qopub qəzəblə Qərbə üz tutanların islam ədəbiyyatından, yaxud hədislərindən heç də hamısının xəbəri yoxdur. Ola bilsin, Avropa Birliyinin 742 milyonluq əhalisi üçün 30 milyonluq kütlə hələ heç nəyi deməsin. Lakin Avropanın siyasi, hüquqi və mədəni atmosferi gözlənilməz dərəcədə dəyişir. Sərhədləri bağlamaqla, La-Manş boğazını qapatmaqla müsəlmanların Qərbə yürüşünü dayandırmaq mümkün deyil. Bütün Rusiyanın patriarxı Kirilin dediyi kimi, Amerikanın polisi qarşısında dayanan müsəlmanın digər dindaşlarından fərqi onun inamına görə özünü silahlı şəxslə müqayisədə daha güclü saymasıdır.
Terroru arxa cəbhəsi bilənlərin günahı üzündən Yaxın Şərqlə Avropanın təhlükəsizliyi reallıqda birləşib. Fərqli adətləri, mədəniyyətləri və inancları olan insanlar gəlib almanı və fransızı öz dəyərlərinə sahib çıxmağa vadar edirlər. Mühafizəkarlıq və millətçilik isə faşizmə çevriləndə qan tökülməsinin və kütləvi qırğınların qarşısı alınmaz olur.
Məscid kilsəyə, Məhəmməd İsaya qarşı döyüş bayrağına çevrildiyi orta əsrlər yenidən dövrümüzə qayıdıb. İŞİD-in hakimiyyətinə son qoyanda, Avropada müsəlmanların yeni bayraqları ucalacaq!
Xəlifəlik iddiası bütün dinləri ideologiyaya çevirir.
Qərbdə xilafət quruluşu... Hələ ki, qəribə səslənir. Hitler də partiyasını və heraldikasını ilk dəfə təqdim edəndə, hamı ona gülürdü...
Zahid Oruc
Milli Məclisin üzvü
Xəbərin oxunma sayı : 148
Analiz
Xəbərlər
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
TOP 10
ARXİV