Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - FOTO

Tarix 17.05.19, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya ilk olaraq Bakı şəhər sakini, kiçik sahibkar Nurtəkin Məmmədovanın “Baku.WS” xəbər portalına qarşı şikayətini araşdırıb. Şikayətçinin sayt barədə iradları və bu iradların qarşılığı olaraq irəli sürdüyü tələblər uyğunsuz sayılıb. Məsələ baxılmamış saxlanılıb.

İclasda Bakı şəhər sakini Cavanşir Rüstəmovun “Milletinsesi.info”, “Teref.az” və “Teref.info” saytlarına qarşı şikayəti də araşdırılıb. Tərəflər şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəliblər.

Müzakirə edilən növbəti məsələ Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ramiz Quliyevin “Milliyol.az” və “Bizimxeber.az” saytlarına qarşı şikayəti olub. Şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəlinib.

Ağdaş rayon sakini, fərdi sahibkar Məhəmməd Əliyevin “Media-Press.org” saytı barədə şikayətində ciddi ittihamlar yer aldığından və sayt təmsilçisi hərəkətləri barədə arqumentlər təqdim etmədiyindən, məsələ geniş araşdırılmaq üçün MŞ-nin “Reket jurnaistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib.



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap